Siyavuş Novruzov: "Bələdiyyə sədri də insanlar tərəfindən seçilməlidir"
Tarix: 09-03-2021 14:20 | Bölmə: Siyasət
Siyavuş Novruzov: "Bələdiyyə sədri də insanlar tərəfindən seçilməlidir"

“Bələdiyyələrin statusu ilə bağlı kifayət qədər qanun və iş mexanizmi var”.

bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bölgələrdə millət vəkilləri qarşısında kifayət qədər məsələ qaldırılır: “İndi görün, bələdiyyələrin qarşısında nə qədər məsələ qaldırılır. Belə bir fikir formalaşıb ki, bələdiyyə ancaq torpaq satmaqla məşğuldur. Bələdiyyələr üçün verilən torpaq sahələri bölünüb? Əkin üçün, örüş üçün və s. Əkin üçün olan torpaqda ev tikməyə icazə vermək cinayət sayılır. Bunun üçün Nazirlər Kabineti qərarına dəyişiklik etməlidir.

Burda qeyd olundu ki, Azərbaycandan başqa, Avropa Şurasına daxil olan bütün ölkələrdə şəhər bələdiyyələri yaradılıb. Bu yanlışdır. Avropa Şurasına daxil olan bir çox ölkədə hələ də bununla bağlı problem qalmaqdadır. Yüz illər boyu bələdiyyə təcrübəsi olan ölkələr bunu yaratmayıbsa, biz bunu necə yaradaq. Biz bələdiyyələrlə bağlı problemi həll etməliyik.

Birincisi, bələdiyyələrin sayı azaldılmalıdır. İkincisi federasiya, konfederasiya və unitar dövlətlərdə olan bələdiyyələri səhv salmamalıyıq. Bunlar tamam başqa anlayışlardır. Üçüncüsü, bələdiyyə sədri də insanlar tərəfindən seçilməlidir.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” yaradılması layihələri var. “Ağıllı bələdiyyə” anlayışını da tətbiq etməliyik. Bələdiyyə seçkilərini ümumölkə üzrə etməməliyik. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Bələdiyyə seçkilərinin formatını dəyişməli, bunu ümummilli seçki formatından çıxarmalıyıq. Fərdi qaydada hər kənd öz bələdiyyəsinin seçimini etməlidir. Bələdiyyələrin kifayət qədər vəsaiti var. Bu vəsaiti kifayət qədər istifadə etsələr təbii ki...”/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}