13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ukraynada Rusiyanın 350 minə yaxın əsgəri vurulub
Tarix: 06-09-2024 15:03 | Bölmə: Siyasət
Ukraynada Rusiyanın 350 minə yaxın əsgəri vurulub

Rusiya lideri Vladimir Putinin imperiya fantaziyaları ucbatından ruslar Ukraynada böyük itkilər verir. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra 350 minə yaxın rus əsgəri öldürülüb və ya yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-24) iclasının əvvəlində deyib.

Müdafiə naziri əmin edib ki, 50-yə yaxın xeyirxah məramlı ölkədən ibarət koalisiya Ukraynanı dəstəkləmək üçün vahid və möhkəm qalacaq: “Və bu gün biz Ukraynaya dəstəyimizi artırmaq üçün daha səylə çalışacağıq”.

L. Ostin əlavə edib ki, bu gün Ramşteyn formatında görüş dinamik bir vaxtda keçirilir: “Ukrayna döyüş meydanında təşəbbüsü ələ keçirməkdə davam edir. Ukrayna qoşunları hazırda Rusiyanın Kursk vilayətində əməliyyat keçirir. Kremlin işğalçı ordusu indi öz ərazisində müdafiəyə qalxır. Amma biz bilirik ki, Putinin qəzəbi dərindədir. Onun Ukraynanın şərqinə və xüsusilə Pokrovsk ətrafına hücumu, şəhərləri bombalaması və Ukraynanın mülki əhalisini hədəfə alması davam edir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər