23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
XİN sözçüsü: "Ermənistan sülhdə maraqlıdırsa..."
Tarix: 09-01-2025 17:02 | Bölmə: Siyasət
XİN sözçüsü: "Ermənistan sülhdə maraqlıdırsa..."

"Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.

Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:

"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir: "Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır
27-05-2025, 08:35 Putin Trampı məyus edib