İcra başçısının qalmaqallı sabiq müavini seçki mübarizəsindən çəkilib
Tarix: 10-01-2025 15:21 | Bölmə: Siyasət
İcra başçısının qalmaqallı sabiq müavini seçki mübarizəsindən çəkilib

Lənkəran rayon icra başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifədən çıxarılan sabiq müavini Rəsilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.




Bölməyə aid digər xəbərlər