Husilər İsrail Müdafiə Nazirliyini səsdən sürətli raketlə vurub
Tarix: 14-01-2025 14:46 | Bölmə: Dünya
Husilər İsrail Müdafiə Nazirliyini səsdən sürətli raketlə vurub

Yəməndə İranın dəstəklədiyi husilər İsrail Müdafiə Nazirliyinin binasını raketlə hədəfə aldıblar.

Reyting.az
-ın məlumatına görə, Husi ordusunun sözçüsü Yəhya Seri deyib ki, İsrail Müdafiə Nazirliyini “Fələstin 2” adını verdikləri səsdən sürətli raketlə vurublar.

Seri İsrailin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxdığını, səsdən sürətli raketin hədəfə müvəffəqiyyətlə çatdığını və bunun son 12 saatda İsrailə qarşı üçüncü hücum olduğunu iddia edib.

Digər tərəfdən, İsrail ordusunun “X” hesabındakı paylaşımda Yəməndən atılan ballistik raket səbəbiylə ölkənin bir çox yerində siren səslərinin eşidildiyi bildirilib.

Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və tələfatın olmadığı qeyd edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər