Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir
Tarix: 30-12-2024 10:57 | Bölmə: Gündəm
Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir

Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Azərbaycan prezidentinin göstərişinə əsasən, göndərilən sözügedən konvoyda, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsulları var.

Reyting.az
-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq.

A. Hacızadə əlavə edib ki, yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər