23:10 / 03-01-2025
Almaniya aeroportlarında baş verənlər Rusiyanın təxribatıdır?
23:03 / 03-01-2025
AZAL Bakı–Kazan reysinin təhlükə ilə üzləşməsi barədə məlumata münasibət bildirib
18:56 / 03-01-2025
Ən mükəmməl 6-cı hiss hansı heyvandadır?
18:45 / 03-01-2025
Rusiyada kreditlər bahalaşacaq, əmanətlər isə...
14:10 / 03-01-2025
Sabahın hava proqnozu açıqlanıb
13:49 / 03-01-2025
"Azəriqaz" yeni tariflərin tətbiqinə start verib
11:14 / 03-01-2025
Tibbi təhsil sənədləri saxtalaşdırılıb
23:54 / 02-01-2025
XİN: "ABŞ-dakı hücumu qətiyyətlə pisləyirik"
21:12 / 02-01-2025
Komada olan aktyorun xanımı: "Möcüzə olsun”
19:39 / 02-01-2025
İlham Əliyev Yakov Milatoviçə məktub göndərib
18:26 / 02-01-2025
İlon Mask sosial şəbəkədəki adını dəyişib - Foto
17:03 / 02-01-2025
Hacıqabulda yol qəzası: beş nəfər xəsarət alıb
16:14 / 02-01-2025
"Bozbash pictures"in "Ağsaqqal"ı vəfat edib? - Yenilənib
14:33 / 02-01-2025
Prezident və ailə üzvləri Şahdağda - Fotolar
12:49 / 02-01-2025
İstilik xidmətinin tarifi artırılıb
12:47 / 02-01-2025
Qaz, işıq və su pulları artırılıb - Məbləğlər
11:57 / 02-01-2025
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb
11:21 / 02-01-2025
Trampın hotelinin qarşısında “Tesla” partlayıb - Ölü və yaralılar var
11:10 / 02-01-2025
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - Fotolar
10:33 / 02-01-2025
Tovuzda 71 yaşlı kişi yanaraq ölüb
23:33 / 01-01-2025
Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edib
19:50 / 01-01-2025
MMC Bakıda 500 nəfəri mühasirədə saxlayır - Fotolar
18:53 / 01-01-2025
Dahi Tolstoy "xoşbəxtlik arzulayıram" sözünün əleyhinə olub
18:43 / 01-01-2025
İlon Mask Zelenskini "soyğunçuluq üzrə çempion" adlandırıb
18:02 / 01-01-2025
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
14:01 / 01-01-2025
Dünya xəritəsini səhv hazırlayıblar
13:40 / 01-01-2025
ABŞ başqa ölkəyə məxsus tonlarla qızılı qaytarmaq istəmir
11:25 / 01-01-2025
İlham Əliyev iki ölkəyə təbrik məktubu göndərib
11:01 / 01-01-2025
Polis 18 şübhəli şəxsi saxlayıb
00:04 / 01-01-2025
İlham Əliyev xalqa müraciət ünvanlayıb - Video
10:57 / 30-12-2024
Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir
00:04 / 01-01-2025
İlham Əliyev xalqa müraciət ünvanlayıb - Video
15:26 / 31-12-2024
Prezident agentlik əməkdaşlarını təltif edib - Siyahı
00:32 / 31-12-2024
Dünya azərbaycanlıları həmrəylik gününü qeyd edir
00:25 / 31-12-2024
Misir Ginnesin Rekordlar Kitabına düşüb - Fotolar
10:16 / 30-12-2024
Çin xidmətçi robot istehsalına başlayır - Fotolar
19:50 / 01-01-2025
MMC Bakıda 500 nəfəri mühasirədə saxlayır - Fotolar
00:02 / 31-12-2024
Üç ölkə Arktikanı öyrənəcək
19:59 / 30-12-2024
Zelenski: "Sülhə çalışmalıyıq"
17:32 / 30-12-2024
“Hərbi jurnalist Rəşad Süleymanov” mükafatınin qalibləri bəlli olub
13:06 / 30-12-2024
Sabahın hava proqnozu açıqlanıb
10:45 / 30-12-2024
Milyarderin gizli yeraltı sığınacağı üzə çıxıb - Fotolar
İlham Əliyev xalqa müraciət ünvanlayıb - Video
Tarix: 01-01-2025 00:04 | Bölmə: Slayd
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.
Reyting.az müraciəti təqdim edir:
"Əziz həmvətənlər.
2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.
Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.
Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.
Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.
Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.
Bayramınız mübarək olsun!"
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:14
Tibbi təhsil sənədləri saxtalaşdırılıb
Dünən, 14:33
Prezident və ailə üzvləri Şahdağda - Fotolar
Dünən, 12:47
Qaz, işıq və su pulları artırılıb - Məbləğlər
1-01-2025, 19:50
MMC Bakıda 500 nəfəri mühasirədə saxlayır - Fotolar
1-01-2025, 14:01
Dünya xəritəsini səhv hazırlayıblar
1-01-2025, 13:40
ABŞ başqa ölkəyə məxsus tonlarla qızılı qaytarmaq istəmir
1-01-2025, 00:04
İlham Əliyev xalqa müraciət ünvanlayıb - Video
31-12-2024, 15:26
Prezident agentlik əməkdaşlarını təltif edib - Siyahı
31-12-2024, 15:11
Nazirliyin əməkdaşları təltif olunub - Siyahı
31-12-2024, 00:32
Dünya azərbaycanlıları həmrəylik gününü qeyd edir
29-12-2024, 17:39
Prezident üç ekipaj üzvünə Milli Qəhrəman adı, ikisinə orden verib
29-12-2024, 17:35
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb
29-12-2024, 15:10
İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verib
29-12-2024, 14:38
İsti hava 3700 insanın ölümünə səbəb olub
29-12-2024, 13:04
Dünyanın ən böyük qızıl yatağı tapılıb
29-12-2024, 12:30
Türkiyə Colaninin iplərini əlində saxlaya biləcəkmi?
29-12-2024, 10:46
Ölkəyə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb - Foto
28-12-2024, 20:41
Ceyhun Bayramov ilə Sergey Lavrov telefonla danışıb
28-12-2024, 17:56
Zelenski İlham Əliyevə zəng edib
28-12-2024, 17:11
Ruben Vardanyanın cinayət işi məhkəməyə göndərilib
28-12-2024, 16:50
Putin İlham Əliyevə zəng edib - Təyyarə qəzasına görə üzrxahlıq olunub
28-12-2024, 15:45
Məşhur öncəgörənlərin 2025-ci il üçün proqnozu necədir?
28-12-2024, 14:18
Təyyarə qəzası ilə bağlı yeni göstəriş verilib
28-12-2024, 13:48
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - Sərəncam
28-12-2024, 13:37
Şəhər uğrunda son döyüşə hazırlaşırlar
28-12-2024, 11:34
Türkiyə Suriyada nə qazanacaq?
27-12-2024, 22:50
Türkiyə qəza ilə bağlı Bakıya araşdırma qrupu göndərir
27-12-2024, 18:19
Xəzərdə qədim gəmi aşkar edilib
27-12-2024, 17:24
AZAL: təyyarəmiz xarici müdaxilə nəticəsində qəzaya uğrayıb
27-12-2024, 16:51
Plastik cərrahlarla bağlı araşdırma aparılacaq
27-12-2024, 16:34
Səhiyyə Nazirliyində əməliyyat: şöbə müdirləri ifşa edilib
27-12-2024, 16:21
Azərbaycan Sənaye Korporasiyası ləğv edilib - Sərəncam
27-12-2024, 16:16
AZAL Rusiyanın şəhərlərinə uçuşları dayandırıb - (Yenilənib) - Siyahı
27-12-2024, 16:16
Prezident İlham Əliyev Tokayevə zəng edib
27-12-2024, 13:37
Qarabağda torpaqların güzəştlə icarəyə verilmə qaydaları təsdiqlənib
27-12-2024, 13:08
Suriyada Ankaranın maraqları nədən ibarətdir?
27-12-2024, 13:01
Büdcə təşkilatları işçilərinin yeni maaşları təsdiqlənib - Cədvəl
27-12-2024, 12:00
Xocalının Ballıca kəndinə növbəti köç olub
27-12-2024, 11:35
Hərbi xidmətlə bağlı qanun dəyişir
27-12-2024, 11:24
Putin Trampın sülh planı ilə razılşamır
27-12-2024, 10:27
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
27-12-2024, 10:26
Ruslar Ukraynada yeni əraziləri işğal edir - Foto
26-12-2024, 17:06
AZAL-ın təyyarəsini Rusiya vurub - (Yenilənib)
26-12-2024, 14:37
Qəzada həlak olanların siyahısı açıqlanıb
26-12-2024, 13:25
Rusiya Trampla Ukrayna məsələsini müzakirə etməyə hazırdır
26-12-2024, 11:10
D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar
26-12-2024, 10:49
Qəzada sağ qalan sərnişinlərdən 12-si Azərbaycana gətirilir
26-12-2024, 09:13
Xəzinə yüklü 250 gəmini axtarırlar