18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Tramp-Putin-Zelenski görüşü baş tutmaya bilər
Tarix: 13-08-2025 23:43 | Bölmə: Slayd
Tramp-Putin-Zelenski görüşü baş tutmaya bilər

Rusiya prezidenti Vladimir Putin, onun amerikalı həmkarı Donald Tramp və Ukrayna lideri Vladimir Zelenskinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş Vaşinqtonun Ukraynadakı nizamlanma ilə bağlı suallarına Moskvadan istədiyi cavabı almadığı təqdirdə baş tutmayacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp avqustun 15-də Putinlə Alyaskada gözlənilən görüşlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ lideri əmindir ki, bu, tamamilə işə yarayan görüş ola bilər. Amma Tramp hesab edir ki, birinci görüş Ukraynadakı münaqişəni dərhal dayandırmaq baxımından nəticə verməyəcək.

Buna baxmayaraq, ABŞ prezidenti inanır ki, görüşdə müəyyən gözəl anlaşmalar əldə oluna bilər. Yəni bu, çox vacib görüş olacaq və ikinci görüş üçün zəmin hazırlayır. "Və prezident Putin, <...> Zelenski və mən, əgər onlar mənim iştirak etməyimi istəsələr, ikinci görüşü keçirəcəyik",- deyə Tramp əlavə edib.

Onun proqnozuna görə, “ikinci görüş olmaya da bilər”. Tramp deyib ki, almalı olduğu cavabları almasa, ikinci görüşün keçirilməsini yersiz hesab edəcək və bu, baş tutmayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər