12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
SMS-icazə sistemi bərpa oluna bilər
Tarix: 04-03-2021 17:18 | Bölmə: Slayd
SMS-icazə sistemi bərpa oluna bilər

Koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bildirilir ki, Novruz bayramında xüsusilə qonaq gedənlərin sayının çoxluğunu nəzərə alan 15 martdan 28 marta qədər SMS-icazə sistemi bərpa oluna bilər. Eyni zamanda, bayram günlərində rayonlara gediş-gəlişin qadağan edilməsinin də müzakirə olunduğu bildirilir.

Reyting.az
-ın məlumatına görə, Axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bayramlarla əlaqədar qeyri-iş günü hesab edilən tarixlərdə rayonlara gediş-gəlişin qadağan edilməsi barədə hansısa bir tapşırıq verilmədiyini vurğulayıb:

“Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. DİN icraedici qurumdur”.




Bölməyə aid digər xəbərlər