12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Türk ekspert: “S-400”-lər Azərbaycana köçürülə bilməz
Tarix: 10-03-2021 10:32 | Bölmə: Slayd
Türk ekspert: “S-400”-lər Azərbaycana köçürülə bilməz

Rusiya istehsalı olan “S-400” raketləri ABŞ-la Türkiyə arasında mübahisələrin məhək daşı olmaqda qalır.

Reyting.az
“al-Monitor”-a istinadla xəbər verir ki, Ankaradakı bəzi şəxslər “S-400”-lərin Azərbaycan, Qətər və ya Ukrayna kimi üçüncü bir ölkəyə verilməsi ilə bağlı ssenarilərin mövcudluğunu dilə gətirir, lakin Türkiyənin Rusiya ilə müqavilə şərtləri belə bir seçimi istisna edir. Təhlükəsizlik dairələrində müzakirə edilən başqa bir ssenari hava hücumundan müdafiə sistemlərinin Kiprə köçürülməsini nəzərdə tutur, amma nə ABŞ-ın, nə də Rusiyanın bu cür hərəkətə izn verməyəcəyi ehtimal olunur.

Türkiyəli ekspert Metin Gürcanın fikrincə, “S-400” müəmması Ərdoğan hökuməti üçün getdikcə imkansız bir missiyaya çevrilir. “Böhran önümüzdəki aylarda xarici siyasətdə ən böyük problemə çevrilə bilər”, – deyə o, nəticə çıxarır.




Bölməyə aid digər xəbərlər