16:59 / 19-06-2025
Ərdoğan: "Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”
16:55 / 19-06-2025
İran ABŞ bazalarını vurmağa hazırlaşır
16:47 / 19-06-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
16:37 / 19-06-2025
Əli Əsədov BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
16:29 / 19-06-2025
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
16:28 / 19-06-2025
Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışıdır - (Video)
16:11 / 19-06-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib)
16:02 / 19-06-2025
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
15:29 / 19-06-2025
ŞƏT-in sammiti Çində keçiriləcək
15:11 / 19-06-2025
Milyarderin 100 milyon dollarlıq təklifi cavabsız qalıb
14:50 / 19-06-2025
BQXK rəsmiləri erməniəsilli şəxslərə yenidən baş çəkiblər
14:36 / 19-06-2025
İrana 13 tonluq superbomba ata bilərlər
14:31 / 19-06-2025
Erməni general prokurorun suallarını cavablandırıb
14:28 / 19-06-2025
100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar
14:27 / 19-06-2025
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
14:16 / 19-06-2025
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
13:36 / 19-06-2025
NATO-da böyük dəyişiklik olacaq
13:10 / 19-06-2025
Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət edib
12:50 / 19-06-2025
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
12:38 / 19-06-2025
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
12:35 / 19-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:30 / 19-06-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
12:07 / 19-06-2025
Çimərliklərdə nöqsanlar aşkarlanıb
12:05 / 19-06-2025
Sumqayıtda tekstil fabrikində yanğın olub
12:04 / 19-06-2025
İsrail-İran savaşı bahalaşmaya səbəb olub
11:48 / 19-06-2025
Bakıda daha bir qanunsuz tikilini söküblər - Fotolar
11:42 / 19-06-2025
ABŞ-a viza istəyənlərin sosial media hesabları yoxlanılacaq
11:32 / 19-06-2025
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
11:15 / 19-06-2025
İğdır valisi Ermənistanla sərhəddəki hərbi hissələrə baş çəkib
11:37 / 16-06-2025

10:23 / 19-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

Baydenin uzatdığı şokolad Tehranın ağzında acı tam verib - Təhlil
Tarix: 10-03-2021 18:37 | Bölmə: Slayd

Bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkiləri Bayden administrasiyasının Tehranla nüvə danışıqlarını necə davam etdirmək haqqında qərar verməsinə təsir etməyəcək. Bu, ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Mallinin vəzifəsinin icrasına başladıqdan sonra “Axios”-a verdiyi ilk müsahibəsində bildirilib.
Açığı, Mallidən belə bir açıqlama gözlənilmirdi. Daha çox ehtimal olunan təxminən 5 ay ömrü qalmış Həsən Ruhani hökumətinin gedişindən sonra Bayden administrasiyasının Tehrandakı yeni administrasiyanı əvvəlcə dişə vurması və nəticəyə əsasən hərəkət etməsi idi.
2015-ci il nüvə sazişini imzalayan və ABŞ-la diplomatik əlaqəni dəstəkləyən hazırkı İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi mühafizəkar qrupun əvəzləyəcəyi əksəriyyətdə şəkk doğurmur. Buna görə də, növbəti İran prezidentinin ABŞ-la nüvə diplomatiyasına şübhə ilə yanaşacağı daha çox ehtimal olunur.
Tehranda hətta alınları qırışdıran çağırışlar səslənir: sazişdən tam imtina və nüvə silahına yiyələnmə. Bəlkə də məhz bu çağırışlar Ağ Evin gözünü qorxudub.

R. Malli
R. Malli bildirib: "Müzakirələrimizi İran seçkiləri müstəvisində qurmaq niyyətində deyilik. Onun tempi ABŞ-ın öz milli təhlükəsizlik maraqlarını qorumaqla təyin ediləcək. Başqa sözlə, İran seçkilərinə görə nə tələsəcək, nə də işləri ləngidəcəyik”.
Beləliklə, R. Malli ABŞ-ın İranla nüvə sazişinə qarşılıqlı qayıdışa nail olmaq üçün ciddi diplomatik prosesə hazırlığını açıq şəkildə bildirib.
Malli deyib: "Bizcə, birbaşa danışıqlar daha təsirlidir, çünki bu, anlaşılmazlığın aradan qalxmasına yol açır, üstəlik, bizim üçün məzmun formatdan daha vacibdir”.
Bayden administrasiyası İran üçün bəzi sanksiyaların yüngülləşdirilməsini yalnız tərəflər arasında danışıqların bərpasından sonra və yalnız qarşılıqlı prosesin başlayacağı halda hazır olacaq.
“ABŞ-ın sanksiyalarla bağlı mümkün addımları masada ola bilər, ancaq istənilən halda İranla birbaşa və ya dolayı söhbətə başlamalıyıq”. Bunu Dövlət Departamentinin anonim qalmaq istəmiş digər rəsmisi söyləyib. O əlavə edib:
"Prezident sanksiyaların ləğvi məsələsində birtərəfli addımlar atmayacaq".
Qarşı tərəfdə ABŞ-la yenidən təmas artıq soyuq cavabla qarşılanıb.
İranlılar məhz ABŞ-dan ilk addımı atmağı tələb edirlər, lakin prezident Bayden İranın nüvə sazişinə tam uyğunlaşması olmadan, təktərəfli qaydada sanksiyaların yüngülləşdirilməsi tələbinin icrasına meylli deyil.
Tramp administrasiyası üzvləri də vaxtilə iranlı vəzifədaşları ilə görüşmək üçün bir neçə dəfə müraciət edib, lakin İran sanksiyaların yüngülləşdirilməsinə qədər ABŞ rəsmiləri ilə ünsiyyətə “yox” deyib.
Bununla belə, Co Bayden seçkiöncəsi vədinin yerinə yetirilməsinə qərarlıdır.
Yaxşı, bundan sonra nə olacaq?
Hələlik bunu demək çətindir, amma Dövlət Departamentinin İran komandası yavaş-yavaş formalaşır. Rob Malli 2015-ci il sazişinə səbəb olan danışıqlar zamanı ABŞ danışıqlar qrupunun üzvü olmuş sanksiya mütəxəssisi Riçard Nefyunu özünə köməkçi götürüb. Komandanın digər üzvü Barak Obama dövründə müqavilənin həyata keçirilməsinə rəhbərlik edən Carret Blankdır. Komandaya yeni üzvlərin əlavə ediləcəyi gözlənilir.
İran prezidenti Həsən Ruhani martın 10-da bir daha bildirib ki, “öhdəliklərimizi ətraflı şəkildə yerinə yetirməyə hazırıq, lakin məhz ABŞ sazişin icrasına doğru ilk addımı atmalıdır”. O, yəqin ki, İrana 2015-ci ilin nüvə sazişini bəxş etmiş şəxs kimi, vəzifəsindən gedişini də müqavilənin bərpası və sanksiyaların ləğvi ilə yaddaşlara həkk etmək istəyir.
İndi Tehranda qulaqlar daha çox prezidentliyə mümkün namizədlərin açıqlamalarına şəklənib. Ehtimal olunan namizədlərdən biri - Məsləhət Şurasının katibi Möhsün Rezayi bildirib: "Sanksiyaların təsirsiz hala gətirilməsi və ləğvi Ali Rəhbərin təlimatları çərçivəsində aparılmalıdır və yalnız bu çərçivədə qəbul edilə bilər".
Rezayi ABŞ və Avropa İttifaqının müqavilə şərtlərini pozduğuna görə hər iki tərəfdən beynəlxalq məhkəməyə şikayət edilməsinə çağırış edib.
“Bir şokolad verməklə, etimad geri qaytarılmır”, - deyə Möhsün Rezayi ABŞ-ın açıqlamaları ilə Tehranın şirniklənməyəcəyinə eyham vurub.
Əziz RZAZADƏ
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib)
Bu gün, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Bu gün, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir