12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Professor: “Rusiya hərbi bazasının bir hissəsi Zəngəzurda yerləşdirilirsə...”
Tarix: 10-03-2021 19:00 | Bölmə: Slayd
Professor: “Rusiya hərbi bazasının bir hissəsi Zəngəzurda yerləşdirilirsə...”

Ermənistanın cənub-şərqində, Sünik vilayətinin (Zəngəzur) Sisyan şəhərinin ətrafında Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb. Rusiya KİV-nin yaydığı fotolara əsasən, obyektdə Rusiya Hava Kosmik Qüvvələrinin vertolyotları yerləşdirilib, Rusiya və Ermənistan bayraqları asılıb.

Mənbələr Zəngəzura yerləşdirilən hərbi bazaya bir neçə yüzə qədər Rusiya hərbçisinin gətirildiyini bildirirlər.

Xatırladaq ki, Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə Müdafiə naziri Vaqarşak Arutyunyan da danışıb. Onun sözlərinə görə, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini Sünik vilayətində yerləşdirmək barədə müzakirələr gedir.


Məsələyə münasibət bildirən professor Əli Abbasov Reyting.az-a deyib ki, bu, yeni baza yaratmaq məsələsi deyil: “Sadəcə, bazanı bir qədər irəli çəkiblər. Zənnimcə, bu, köhnə söhbətdir. Əvvəl bu bazanın əsas hissəsi Gümrüdə - Türkiyə ilə sərhəddə yerləşib. İndi həmin bazanın müəyyən hissəsinin Sisyan rayonuna gətirildiyi bildirilir. Fikrimcə, əsas məqsəd bazanı, açılması gözlənilən Zəngəzur dəhlizinə yaxınlıqda yerləşdirməkdir”.

Ə. Abbasov bildirib ki, hazırda regionda müşahidə olunan əksər proseslər təhlükəlidir: “Bizim ərazimizdə olan sülhməramlı qüvvələr də bir növ bazadır. Görünən budur ki, danışıqların tam təfərrüatı bəlli deyil. Bu səbəbdən də daha dəqiq danışmaq bir qədər çətindir.


Ə. Abbasov

İkincisi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi artıq fəaliyyətə başlayıb. Amma bu mərkəzin indiyə qədər maraqlı informasiyası ortaya qoyulmayıb. Buradan belə nəticə çıxır ki, hər şey normaldır. Amma mən belə düşünməzdim. Sözsüz ki, onlar prosesə nəzarət edirlərsə, həm də görürlər ki, dəyişikliklər olur. Məsələn, Ermənistanın bizim ərazimizdəki silahlı dəstələri sona qədər çıxarılmayıb”.

Ə. Abbasov qeyd edib ki, dəhliz məsələsi ruslar üçün əhəmiyyətlidir: “Əgər Rusiya hərbi bazasının bir hissəsi Zəngəzurda yerləşdirilirsə, bu yalnız dəhlizlə əlaqəli ola bilər. Bunu xəritəyə baxanda da görmək mümkündür”.

Professorun fikrincə, indi regionda hərbi qarşıdurma gözlənilmir, amma çox şey Ermənistanda gedən proseslərdən asılı olacaq: “Mən düşünmürəm ki, orada hərbi-siyasi müxalifət Paşinyanı devirə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər