12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Ermənilər Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışacaq - Professor
Tarix: 11-03-2021 13:37 | Bölmə: Slayd
Ermənilər Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışacaq

“Ermənistandakı ictimai-siyasi vəziyyət eynən bizim 1990-1993-cü illərdə yaşadığımız siyasi durumun bənzəridir. Bizdə o zaman iqtidarla xalq arasında birlik olmadığından, hakimiyyət davası getdiyi üçün, 1988-1993-cü illər arasında 5 dövlət başçısı dəyişdik. Sözsüz ki, belə bir vəziyyətdə ölkə zəifləyir, onun müdafiə qabiliyyəti azalır və savaşda da məğlubiyyət qaçılmaz olur. Birinci Qarabağ savaşında biz uduzduq, indi də Ermənistanda hakimiyyət uğrunda amansız savaş getdiyindən iqtidarları çox zəifləyib”.

Ermənistandakı siyasi vəziyyəti Reyting.az-a şərh edən professor Firudin Cəlilov xatırladır ki, Yerevanda hər gün mitinqlər keçirilir, hərənin ağzından bir avaz gəlir:

“Ermənistandakı siyasi qüvvələrin bəzisi qərbə, bəzisi Rusiyaya yönəlikdir. Bir qismi də müstəqil Ermənistan arzu edir. Sözsüz ki, İkinci Qarabağ müharibəsi də Nikol Paşinyanın mövqelərini xeyli zəiflədib. Amma buna rəğmən onun tərəfdarları daha çoxdur. Çünki əvvəlki dövlət başçıları ilə müqayisədə Paşinyan korrupsiyanın qarşısını almağa çalışırdı, demokratik institutların yaranmasının qarşısını almırdı. Erməni xalqı bunu gördüyü üçün onun arxasında dayanır”.


F. Cəlilov

Professor əlavə edib ki, erməni hərbi generalitetinin dövlət çevrilişi etmək niyyəti olsa da, buna risk etmir: “Çünki bilirlər ki, hərbi çevriliş olsa Ermənistan daha pis vəziyyətə düşəcək. Sözsüz ki, bu həbçilər daha çox Rusiya ilə bağlıdırlar. Amma aydındır ki, Ermənistanın gələcək taleyi təkcə ermənilərdən yox, daha çox Rusiyadan asılıdır. Əgər Rusiyada hakimiyyət dəyişsə, Yerevan qərbə yönəlmə xəttini seçəcək. Xüsusilə, ABŞ və Fransa Ermənistanı özünə yaxınlaşdırmaq istəyir. Bu mənada Gürcüstanda baş verənlər Ermənistanda təkrarlana bilər. Bunları nəzərə alaraq Azərbaycan dövləti ehtiyatlı davranmalıdır”.

F. Cəlilovun sözlərinə görə, həm də nəzərə almalıyıq ki, müharibəni uduzan tərəf revanş götürməyə, buraxdığı səhvləri düzətlməyə, ordusunu gücləndirməyə çalışır: “Necə ki, Birinci Qarabağ savaşında biz uduzduq, amma keçən bu müddət ərzində ordumuzu gücləndirdik. İndi Ermənistanda vəziyyət düzəlsə, mütləq Qarabağ məsələsini gündəmə gətirməyə çalışacaqlar. Odur ki, biz də diqqətli olmalı, ordumuzu gücləndirməliyik. Eləcədə xalq-iqtidar arasında bağlar nə qədər möhkəm olarsa, bu, həm millətimiz, həm də dövlətimiz üçün faydalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər