12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Azərbaycan və Britaniyanın “casusu” Ermənistanı tərk edib
Tarix: 11-03-2021 16:50 | Bölmə: Slayd
Azərbaycan və Britaniyanın “casusu” Ermənistanı tərk edib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Ermənistandakı keçmiş nümayəndəsi Merienn Klark-Xattinq Yerevanı tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mediası qurumun Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Sarksiyana istinadla məlumat yayıb.

“Ofis həmişəki kimi fəaliyyətini davam etdirir. Müvəqqəti olaraq yeni vəzifələri gözləyirik”,- Z. Sarksiyan “Armenpress”ə deyib.

Xatırladaq ki, martın 8-də yerli telegram kanalları və saytları UNİCEF-in Ermənistandakı nümayəndəsi Merienn Klark-Xattinqin guya Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq etdiyinə dair məlumat yayıblar.

Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, hökumət Merienn Klark-Xattinqin UNİCEF-in Ermənistandakı nümayəndəsi kimi səlahiyyətlərinə xitam vermək qərarına gəlib. Mətbuat katibi deyib ki, Xattinq artıq ölkə üçün problemə çevrilib.

BMT-nin Baş katibi Antonio Quterreşin mətbuat katibi Stefan Dujariç isə bəyan edib ki, Merienn Klark-Xattinqi Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunması əsassızdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər