12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Erməni iddiası: ingilislər Qarabağda minalanmış ərazilərin xəritəsini Türkiyə kəşfiyyatına ötürüb
Tarix: 12-03-2021 11:58 | Bölmə: Slayd
Erməni iddiası: ingilislər Qarabağda minalanmış ərazilərin xəritəsini Türkiyə  kəşfiyyatına ötürüb

Erməni mətbuatı müharibədən əvvəl Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan ingilis təşkilatı - “HALO Trusit”in separatçıların minaladığı bölgələri göstərən xəritəni türklərə ötürdüyünü iddia edir.

Reyting.az
xəbər verir ki, Ermənistan KİV-i (new.am) bu iddianın nə dərəcədə əsaslı olmasını öyrənmək üçün separatçıların qondarma “milli təhlükəsizlik xidməti”nə müraciət ünvanlayıb.

Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhərindəki separatçıların “lideri” Araik Harutyunyanın “xüsusi tapşırıqlar üzrə nümayəndəsi” Boris Avaqyan “HALO Trust” təşkilatının Qarabağda minalanmış ərazilərin xərtəsini Türkiyə xüsusi xidmət orqanlarına verdiyini bildirmişdi. İddia olunurdu ki, məhz bu xəritə hesabına 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistanın və Qarabağdakı separatçıların “müdafiə ordusu” adlandırdığı terrorçuların minaladığı əraziləri asanlıqla keçə bilib.

Əslində isə erməni tərəfi müharibədə Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsini müzəffər ordunun zəkalı operativ əməliyyatı, düzgün taktiki-strateji planlamanın nəticəsində olduğuna kölgə salmaq istəyir.




Bölməyə aid digər xəbərlər