12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Deputat: “Bu bölgədə əsas güc sahibi Azərbaycandır!”
Tarix: 12-03-2021 15:25 | Bölmə: Slayd
Deputat: “Bu bölgədə əsas güc sahibi Azərbaycandır!”

“Ermənilər hansısa kiçik səviyyəli hərbi əməliyyatların ola biləcəyindən danışırlar. Biz də hazırda hərbi təlimlər keçiririk, müharibədən qalib çıxmağımıza baxmayaraq, ordumuzla ciddi məşğul oluruq. Bunun da səbəbi var”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Qarabağda yeni hərbi əməliyyatların olacağı ilə bağlı iddialardan danışarkən deyib.

Onun sözlərinə görə, hərbi texnika vurulmadıqda belə, tankın motoresursu 500 saatdır. Ondan sonra texnikanın mühərriki, sürət qutusu və s. dəyişdirilməlidir: “Sözsüz ki, ordumuzda texnika baxımından da yeniləşmə tələb olunur və Azərbaycanın əsas məqsədi bu işləri tezliklə yerinə yetirməkdir”.

Deputat qeyd edib ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu kifayət qədər təcrübə qazanıb: “Eyni zamanda indi ordumuz yeni mövqelərə çıxıb. Təsəvvür edin ki, yeni mövqelərdə olan ordumuz qışın bu soyuğunda çadırlarda qalır. Sözsüz ki, yeni mövqelərdə yeni kazarmalar tikilməli, təlim poliqonları olmalıdır. Həm hərbçilər, həm də Sərhəd Qoşunları üçün infrastruktur yaradılmalıdır. Bunların hamısı böyük xərc tələb edir. Azərbaycan dövləti də bu işlərlə məşğuldur. Paralel olaraq hərbi təlimlərini davam etdirir”.

R. Musabəyov əlavə edib ki, bundan sonra bu bölgədə əsas güc sahibi Azərbaycandır və kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq şimalda da, cənubda da, şərqdə də, qərbdə də bununla hesablaşmalı olacaqlar.

Deputat sonda qeyd edib ki, Azərbaycan öz əvvəlki iqtisadi, demoqrafik üstünlüyünü ordunun gücü ilə tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər