12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Qarabağ müharibəsinə görə 12 komandiri mühakimə ediblər
Tarix: 13-03-2021 10:34 | Bölmə: Slayd
Qarabağ müharibəsinə görə 12 komandiri mühakimə ediblər

Ermənistan İstintaq Komitəsi Qarabağ müharibəsi ilə əlqədar bu günə qədər 12500-dən çox insanın cəlb olunduğu 1500-ə yaxın cinayət işi açıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet əlavə edir ki, bu günə qədər açılan cinayət işləri çərçivəsində 180 hərbçi nəzarətə alınıb. O cümlədən 500-dən çox insan məhkəməyə verilib. İkisi yüksək rütbəli olmaqla 12 komandir mühakimə edilib.

“Joxovurd” qəzetinin mənbələri bildirir ki, “təcavüz” faktı əsasında başlanan cinayət işlərinin ilkin istintaqı çərçivəsində 103 mindən çox insanın, o cümlədən 3300-dən çox şəxsin ölmüş kimi tanınmasına qərar verilib. “Qurbanların” siyahısında 9 min yaralının, 90 mindən çox “köçkünün” olduğu da qeyd edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər