12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Vahid Əhmədov: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa…”
Tarix: 13-03-2021 17:09 | Bölmə: Slayd
Vahid Əhmədov: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa…”

“Bölgədə kommunikasiyaların açılması prosesi Ermənistanın istəyindən asılı olmayaraq gedəcək. 10 noyabr bəyanatı və 11 yanvar deklarasiyasında da bu məqam qeyd edilib. Yəni bu sənədlərdə olan bəndlər yerinə yetiriləcək. Xüsusilə, bizi hazırda narahat edən məsələ Mehri-Naxçıvan dəhlizidir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, tanınmış iqtisadçı Vahid Əhmədov deyib.

V. Əhmədovun sözlərinə görə, Mehri dəhlizi açılmalıdır ki, Türkiyə ilə quru əlaqə yaransın və Naxçıvan blokadadan çıxsın: “O cümlədən Orta Asiya ölkələrinə gediş-gəliş təmin olunsun. Nəzərə almaq lazımdır ki, bu, bizim üçün gəlir gətirən sahələrdən biri olacaq. Ermənistanda nə qədər çalışsalar da bunu saxlamaq mümkün olmayacaq”.

Əhmədov hesab edir ki, Ermənistan dövləti bəzi məsələlərə dair konkret mövqeyini ifadə etməlidir. Əks halda heç bir iqtisadi əlaqələrə daxil ola bilməz:

“Birincisi, Ermənistan BMT-nin təsdiq etdiyi ərazi bütövlüyü çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir.

İkincisi, cənab prezidentin dediyi kimi, status məsələsi zibil qabına atılıb. Ermənilər başa düşməlidirlər ki, status məsələsi artıq baş tutan deyil. Yəni Azərbaycan xalqı, dövləti, prezidenti bunu qəbul etmir. Ehtiyac olarsa, yenidən müharibə edəcəklər, amma buna imkan verməyəcəklər. Ermənistan bu reallığı anlamalıdır. Bunun əvəzində Azərbaycanla əlaqə yarada, iqtisadi münasibətlər qura bilərlər. Amma vəziyyəti gərginləşdirmək niyyətində olsalar, onların durumu daha pis olacaq”.

V. Əhmədov əlavə edib ki, əgər Ermənistan siyasətini dəyişdirməsə, yaxın 5-10 ildən sonra bölgə dövləti kimi qalmayacaq. Odur ki, dünyada və bölgədə gedən prosesləri anlamaq lazımdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər