12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Daha bir mülki şəxs minaya düşüb
Tarix: 15-03-2021 15:20 | Bölmə: Slayd
Daha bir mülki şəxs minaya düşüb

Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər