12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Baş Prokurorluq həbs edilən generalla bağlı məlumat yayıb - Yenilənib
Tarix: 16-03-2021 08:39 | Bölmə: Slayd
Baş Prokurorluq həbs edilən generalla bağlı məlumat yayıb

Azərbaycan Respublikası Baş Prokurorluğu ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, R. Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilib.

***

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun Ukrayna Respublikasının sorğusu əsasında həbs edildiyi bildirilir.

Belə ki, R. Əkbərov vaxtilə Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər