12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”
Tarix: 16-03-2021 11:35 | Bölmə: Slayd
Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”

“Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaq”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərli istfadə olunması üçün nəzaraətin daha da gücləndirilməsi tapşırığı verilib:

“Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”.

O deyib ki, antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün sahələri əhatə edir.

Baş nazir bildirib ki, 2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam edib: “Bununla yanaşı, kadr islahatları, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində görülən tədbirləri xüsusi qeyd etmək lazımdır”.

Baş nazir onu da deyib ki, şəhid ailələri və müharibə əlillərinin soail müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının xüsusi nəzarəti altındadır.:

"Bu məqsədlə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqədilə Prezident təqaüdünün məbləği artırılıb”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər