12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Hesablama Palatasına sədr müavini və auditorlar təyin olunub
Tarix: 16-03-2021 17:00 | Bölmə: Slayd
Hesablama Palatasına sədr müavini və auditorlar təyin olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Milli Məclis sədrinin təqdimatına əsasən, Nəsir İbrahim oğlu Sadıqov Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova Hesablama Palatasının auditorları təyin ediliblər.

Qeyd edək ki, Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov işdən çıxmaqla bağlı ərizə yazıblar.

Reyting.az





Bölməyə aid digər xəbərlər