12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşüb - Yenilənib
Tarix: 16-03-2021 18:32 | Bölmə: Slayd
Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşüb

Ağdamda mülki şəxslər minaya düşüb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb.

İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

Bu arada “Report” minaya düşən şəxslərin 5 nəfər olduğunu bildirib.

Hadisə Ağdamın Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.

Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.

Faktı Ağdam Rayon İcra Hakimiyyəti "Report"a təsdiqləyib.

***

Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.

Onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.

Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət alıb.

Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.

***

Martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyənləşib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər