12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Dünyada nüvə təhlükəsi artır
Tarix: 17-03-2021 11:13 | Bölmə: Slayd
Dünyada nüvə təhlükəsi artır

İngiltərə nüvə silahı başlıqlarının sayını artırmağı planlaşdırır. Ölkənin Baş naziri Boris Conson bildirib ki, İngiltərə yeni texnoloji təhdidlərə qarşıdır və daha risqli hala gələn qlobal ortamda ölkə təhlükəsizliyini təmin etmək məqsədilə nüvə başlığı ehtiyatını 40 nisbətində artıracaq.

Reyting.az
-ın məlumatına görə, bəzi ölkələrin nüvə silahlarını əhəmiyyətli dərəcədə artırdığını və şaxələndirdiyini xatırladan Boris Conson deyib ki, nüvə silahlarına dair qlobal rəqabətin artması strateji sabitlik üçün təhlükədir.

Conson İngiltərənin təhlükəsizlik və müdafiə icmalında nüvə silahlı dövlətlərin və dövlət tərəfindən dəstəklənən nüvə terrorizm riskləri ilə üzləşdiyini bildirməklə yanaşı əlavə edib ki, İngiltərə və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün nüvə çəkindirməsi lazımi addımdır.

Qeyd edək ki, əvvəllər İngiltərə raketlər və ya raketlər vasitəsilə atılan partlayıcı və ya zəhərli maddə olan döyüş başlığını azaltmaq strategiyasını tətbiqləyib. 2010-cu ildə hökumət 2020-ci ilin ortaları üçün 180 döyüş başlıqlı raket limitinə məhdudiyyət qoymuşdu. Amma Baş nazir Conson bu sayı əvvəlki həddə qaldıraraq maksimum 260-a çatdırılacağını bəyan edib.

Bu arada İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərə Baş naziri Consonu İranın nüvə proqramı haqqında açıqlamalarını tənqid edib. Zərif Consonun İranın nüvə proqramı ilə bağlı dilə gətirdiyi narahatlığı ikiüzlülük kimi qiymətləndirib:

“Boris Conson ikiüzlü şəkildə İranın nüvə proqramına dair narahatlığını dilə gətirib. Eyni zamanda o, bunları söyləyərkən ölkəsinin nüvə silahı keyfiyyətini artıracağını qeyd edib”.

Dünyada bütün nüvə silahlarının məhv edilməsinin lazım olduğunu deyən Zərif İngiltərə və onun müttəfiqlərinin düşüncəsinin əksinə olaraq İranın bütün növ nüvə silahlarının yox ediləcəyinə inandıqlarını bildirib.





Bölməyə aid digər xəbərlər