12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Rəsmi Moskvadan Baydenin Putinə "qatil" deməsinə sərt reaksiya - Səfir geri çağırıldı
Tarix: 17-03-2021 22:04 | Bölmə: Slayd
Rəsmi Moskvadan Baydenin Putinə "qatil" deməsinə sərt reaksiya - Səfir geri çağırıldı

ABŞ prezidenti Baydenin Putinə "qatil" deyərək, onun mütləq cavabını verəcəyi ilə hədələməsinə rəsmi Moskvadan cavab gecikməyib.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, rəsmi Moskva məsələ ilə bağlı Vaşintondakı səfiri geri çağırıb.

Bu barədə açıqlama verən XİN sözçüsü Mariya Zaxarova deyib ki, səfirlə ölkəsində məsləhətləşəcəklər:

"Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-la münasibətlər baxımından nə edəcəyimiz və haralara qədər gedə biləcəymizi analiz etmək üçün Moskvaya çağırıldı".

Xatırladaq ki, Bayden Rusiya prezidenti Vladimir Putini 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləyə görə açıq formada hədələyib. Deyib ki, o, bunun əvəzini ödəyəcək.




Bölməyə aid digər xəbərlər