12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Polad Bülbüloğlu: “Azərbaycan yetərindən artıq humanizm nümayiş etdirib”
Tarix: 17-03-2021 23:05 | Bölmə: Slayd
Polad Bülbüloğlu: “Azərbaycan yetərindən artıq humanizm nümayiş etdirib”

Azərbaycanın Rusiyadakı səfiri erməni tərəfinin hay-küylü əsir məsələsinə münasibət bildirib.

Reyting.az
“Nezavisimaya qazeta”-ya istinadla xəbər verir ki, Polad Bülbüloğlu təxribatçı qrupla əlaqədar deyib:

“Hər şeydən əvvəl demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Eyni fikir Rusiya Federasiyası Xarici işlər naziri tərəfindən bu il yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında da səsləndirilib. Ancaq qarşı tərəf bizim arqumentlərimizi eşitmir və ölkəmizə beynəlxalq təzyiq göstərməyə çalışır”.

Səfir sözlərinə əlavə edib: “Ermənistandan olan hərbçilər Azərbaycanın xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində tutulub. Bu təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinə və mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi ilə 2020-ci il noyabr ayının sonunda ərazilərimizə girib. Azərbaycan ordusunun 4 hərbçisini və bir mülki şəxsi öldürüb. Təxribat qrupunun üzvləri ötən ilin dekabrında Azərbaycanın Xocavənd bölgəsində, yəni müharibənin bitməsindən və imzalanan bəyanatdan bir ay sonra zərərsizləşdirilib. Onların hamısı məhkəməyə qarşısında duracaq və hazırda istintaq davam edir. Bu şəxslərin heç bir beynəlxalq konvensiyaya əsasən hərbi əsir hesab edilməməsi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın müddəalarına tabe olmadığı tamamilə aydındır”.

Polad Bülbüloğlunun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirir. Əsir götürülmüş zabit və əsgərlərin mübadiləsini edərək 10 noyabr müqaviləsinə tam əməl edib. Üstəlik, Ermənistan ordusunun öldürülən hərbçilərinin demək olar ki, bütün cəsədləri də təhvil verilib.

“Rusiyanın sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə Azərbaycan ərazilərində erməni hərbçilərinin cəsədlərinin tapılması üçün bütün tədbirlər görülür və rəsmi Bakı misilsiz konstruktivizm və bu sahədə əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.

Beləliklə, Ermənistan tərəfinin Azərbaycan tərəfindən birgə bəyanatın 8-ci bəndinin pozulması barədə iddiaları əsassızdır. Xoşməramlı bir jest olaraq, Rusiya tərəfinin xahişi ilə, bir neçə nəfər artıq iki dəfə geri qaytarılıb, 8 Mart ərəfəsində yeganə qadın məhbus sərbəst buraxılıb və Livana göndərilib, həm də o, Ermənistana qayıtmaqdan imtina edib”.




Bölməyə aid digər xəbərlər