12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Koronavirusun daha yoluxucu ştammı ilə bağlı əhaliyə müraciət olunub
Tarix: 18-03-2021 13:54 | Bölmə: Slayd
Koronavirusun daha yoluxucu ştammı ilə bağlı əhaliyə müraciət olunub

Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib. Artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

A. Qurbanov bildirib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır. Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb.

TƏBİB rəsmisi diqqətə çatdırıb ki, ölkədə istifadə olunan vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: “Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. Hər kəs bilməlidir ki, virusun törətdiyi xəstəliyik öldürücülük, xəstəliyin ağırlığı nöqteyi-nəzərdən əvvəlki ştammlardan fərqli deyil. Sadəcə, qorunma tədbirlərinə ciddi əməl edilməlidir”.

İki aydır ölkədə peyvəndlənmə tədbirlərinə start verildiyini xatırladan A. Qurbanov qeyd edib ki, yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb: “Bundan sonra da peyvəndlənmə davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”.

A. Qurbanov əlavə edib ki, yeni ştammların törətdiyi xəstəliyin müalicəsi əvvəlki ilə eynidir, dəyişiklik yoxdur. Qorunma tədbirləri də eynidir. Sürətlə yayılmaya görə qorunma tədbirlərinə ciddi yanaşmaq lazımdır. Çünki yoluxma nə qədər sürətlə yayılsa, xəstəlik də bir o qədər çox olacaq. Həkimlərin heç bir əlavə təlim keçməsinə ehtiyac yoxdur. Müalicə üsulları eyni olaraq qalır. Əvvəlki virusdan sadəcə, daha yoluxucudur. Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Tibbi maskadan istifadə, əl gigiyenası, sosial məsafə, sıxlıq olan yerlərdən uzaq durmaq, lüzumsuz təmaslardan çəkinmək lazımdır. “Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıb. Bütün insanlara tövsiyə edirəm ki, peyvənd olunsunlar. Çünki peyvənddən başqa qoruyucu vasitəmiz yoxdur”,- deyə A. Qurbanov əlavə edib.




Bölməyə aid digər xəbərlər