16:47 / 19-06-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
16:37 / 19-06-2025
Əli Əsədov BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
16:29 / 19-06-2025
İlham Əliyev: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
16:28 / 19-06-2025
Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışıdır - (Video)
16:11 / 19-06-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib)
16:02 / 19-06-2025
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
15:29 / 19-06-2025
ŞƏT-in sammiti Çində keçiriləcək
15:11 / 19-06-2025
Milyarderin 100 milyon dollarlıq təklifi cavabsız qalıb
14:50 / 19-06-2025
BQXK rəsmiləri erməniəsilli şəxslərə yenidən baş çəkiblər
14:36 / 19-06-2025
İrana 13 tonluq superbomba ata bilərlər
14:31 / 19-06-2025
Erməni general prokurorun suallarını cavablandırıb
14:28 / 19-06-2025
100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar
14:27 / 19-06-2025
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
14:16 / 19-06-2025
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
13:36 / 19-06-2025
NATO-da böyük dəyişiklik olacaq
13:10 / 19-06-2025
Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət edib
12:50 / 19-06-2025
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
12:38 / 19-06-2025
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
12:35 / 19-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:30 / 19-06-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
12:07 / 19-06-2025
Çimərliklərdə nöqsanlar aşkarlanıb
12:05 / 19-06-2025
Sumqayıtda tekstil fabrikində yanğın olub
12:04 / 19-06-2025
İsrail-İran savaşı bahalaşmaya səbəb olub
11:48 / 19-06-2025
Bakıda daha bir qanunsuz tikilini söküblər - Fotolar
11:42 / 19-06-2025
ABŞ-a viza istəyənlərin sosial media hesabları yoxlanılacaq
11:32 / 19-06-2025
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
11:15 / 19-06-2025
İğdır valisi Ermənistanla sərhəddəki hərbi hissələrə baş çəkib
11:11 / 19-06-2025
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
11:04 / 19-06-2025
İrəvanda aksiya: etirazçılar gecəni küçədə keçirib - Video
11:37 / 16-06-2025

10:23 / 19-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

Rusiyalı ekspert: “Nə Paşinyan, nə də Köçəryan-Sarkisyan Kremlin tərəfdaşı ola bilər”
Tarix: 18-03-2021 17:19 | Bölmə: Slayd

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın daxilindəki kəskin böhran Rusiya rəhbərliyini yenidən Qafqazdakı müttəfiqinə diqqət yetirməyə məcbur edir - indi daxili siyasi sabitlik baxımından. Daha geniş mənada, söhbət Rusiyanın xarici siyasətində qonşuların işinə qarışmamaqla daxili işlərinə laqeyd münasibət göstərməmə arasında sərhədin çəkilməli olduğu yerdən gedir.
Reyting.az “Carnegie Russia”-ya istinadla xəbər verir ki, tanınmış rus təhlilçisi Dmitri Treninin analitik təhlili bu cümlələrlə başlayır.
Moskva Karnegi Mərkəzinin direktoru yazır:
“Ermənistanda parçalanmış, yorğun, məyus cəmiyyəti birləşdirə bilən və eyni zamanda, Moskvanın ciddi ortağı və strateji müttəfiqi ola biləcək fərqli bir qüvvə yarana bilərmi? Hələlik bu güc görünməsə də, israrla axtarılmalı və ehtiyac olduğu təqdirdə ona kömək göstərilməlidir.
Dalana dirənmək təhlükəsi
Dağlıq Qarabağdakı hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılandan bəri bölgədəki mövcudluğunu möhkəmləndirmək üçün Moskva qarşısına bir neçə vəzifə qoyub. Bunlardan başlıcası Qarabağda atəşkəsin təmin edilməsi, iqtisadi və infrastruktur layihələrinə hədəflənərək, Rusiyanın himayəsi altında Ermənistan-Azərbaycan dialoquna başlamaq idi. Türkiyənin Rusiya ilə ortaq uzaqdan izləmə xəttindən kənara çıxmaması üçün onun hərbi rolunu məhdudlaşdırmaq da vacib idi.
Baş nazir Nikol Paşinyan başda olmaqla, müharibəni sonlandıran 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalayan İrəvandakı hökumətin iqtidarda qalması ilə bu hədəflərə çatmaq daha asan idi. Bu şərtlər altında Paşinyanın devrilməsi atəşkəsi təhlükə altına qoyar və bu da öz növbəsində, Rusiyanın Qarabağdakı hərbi mövcudluğunun hüquqi əsaslarını sarsıdardı.
4 ay sonra Qarabağa dair razılaşma ciddi problem olmadan qüvvədədir. Rus sülhməramlıları özləri üçün yeni olan bir bölgədə yerləşiblər, əslində, bu, Cənubi Qafqazda Rusiyanın ikinci hərbi bazasıdır. Rusiya-Türkiyə monitorinq mərkəzi Ağdamda fəaliyyətə başlayıb. İrəvan və Bakı arasında Moskvanın vasitəçiliyi ilə aparılan dialoq çətinliklə də olsa, davam edir.
Eyni zamanda, Ermənistanın özündə siyasi qeyri-sabitlik güclənib və xroniki hal alıb. Dalana dirənmə yaranıb. Uğursuz müharibə və Qarabağın itirilməsində məsul olan Baş nazir Paşinyan azlığın dəstəyindən istifadə edir. Ancaq bunun alternativi - keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın qondarma “Qarabağ klanı” - vətəndaşların əksəriyyəti tərəfindən rədd edilir.
Nəticə olaraq, mahir populist Paşinyan, birmənalı şəkildə məğlub bir vəziyyətdə, Baş nazir kürsüsündə qalmağı bacarır. Hakimiyyət iflici isə ölkəyə baha başa gəlir.
Moskva KTMT və Aİİ-dəki müttəfiqlərinə və tərəfdaşlarına daxili problemlərini onların yerinə həll etməyə çalışmayacağını və xarici əlaqələrdə yalnız öz öhdəlikləri çərçivəsində hərəkət edəcəyini çoxdan açıqlayıb. Kreml “adamları”nı hakimiyyətə gətirmək üçün təkcə çevrilişlər təşkil etməkdən vaz keçmir, həm də müttəfiq dövlətlərin başındakı şəxslərin Rusiyanın xüsusi maraqlarından daha az maraqlı olduğuna birmənalı şəkildə siqnal verir.
Moskvanın keçmiş sovet respublikalarına - imperiyanın keçmiş ucqarlarına münasibətinin bu təkamülü yaxın xarici ölkələrdə Rusiya xarici siyasətinin artan realizminin əlamətidir.
Realizm, xüsusən də, Rusiyanın maraqlarından söz düşəndə yaxasını kənara çəkmə demək deyil. Hərbi məğlubiyyətdən alçalma, mövcud hakimiyyət və müxalifətdən məyusluq fonunda Ermənistan cəmiyyətində Rusiyaya qarşı inamsızlıq artmaqdadır.
Moskva müharibə zamanı müttəfiqini dəstəkləmədiyi üçün qınanır, halbuki Rusiyanın Ermənistana zəmanətləri heç vaxt Qarabağa şamil olunmayıb və İrəvan bunu yaxşı bilir. Çünki Rusiya İrəvanla Bakı arasında bərabər məsafəli vasitəçi mövqeyi tutub və bu, heç vaxt gizlədilməyib, çünki Rusiyanın milli maraqlarına cavab verir. Moskvanın 2018-ci ildə iqtidardan qovulmuş siyasətçiləri dəstəkləməsi və Paşinyan Qarabağdakı məğlubiyyətin nəticələrini möhkəmləndirmək üçün ağır və zəhmətinə dəyməyən işi başa çatdırmaq istərkən, sabiqlərin hakimiyyətə qayıtmasına kömək etməsi şübhələri var.
Belə bir şəraitdə tam məğlubiyyətə və ermənilərin Qarabağdan tam çıxarılmasına imkan vermədiyi üçün Ermənistan cəmiyyətinin ona minnətdar olacağına Rusiya çətin ki, ümid etsin.
Rusiyanın Ermənistandakı maraqları
Bu vəziyyətdə necə davranacağınızı anlamamışdan əvvəl Ermənistanla münasibətlərin Rusiya üçün əsas sahələrdə: geosiyasi, təhlükəsizlik, iqtisadi və humanitar əlaqələrdə nə qədər vacib olduğunu anlamalısınız. Başqa sözlə, Rusiyanın Ermənistandakı mövqelərinin onları fəal şəkildə müdafiə etməyə dəyib-dəymədiyi sualına cavab vermək lazımdır.
Geosiyasi baxımdan, Ermənistan, KTMT və Aİİ üzvü olaraq, Rusiyanın beynəlxalq aləmdəki nadir müttəfiq və tərəfdaşlarından biridir. BMT-də və digər forumlarda İrəvan, adətən, Moskvanın lehinə səs verir.
Bu dəstək mütləq deyil: Ermənistan Krımın Rusiyaya birləşdirilməsini, habelə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayıb. Bundan əlavə, Ermənistan Fransa və İrəvanın iqtisadi asssosiasiya və “Şərq Tərəfdaşlığı”na qoşulma ilə bağlı müqavilələr bağladığı digər Aİ ölkələri ilə yanaşı, ABŞ-la da yaxşı əlaqələr saxlayır.
Ermənistanın kollektiv təhlükəsizlik və iqtisadi ittifaqın təşkilində iştirakı bu birliklər üçün mühüm deyil. Buna baxmayaraq, kiçik Cənubi Qafqaz dövləti ilə ittifaqlar və ortaqlıqlar Moskva üçün siyasi əhəmiyyət daşıyır.
Hərbi-siyasi mənada, 19-20-ci əsrin əvvəllərində İrəvan quberniyası Osmanlı və İran imperatorluğuna doğru uzanan bir rus köprüsü idi. Soyuq müharibə dövründə Ermənistan SSR, NATO Türkiyəsi ilə sərhədlərdə və uzun müddət Amerikayönlü İran əleyhinə sovet forpostu idi.
Sovet İttifaqının dağılmasından sonra vəziyyət kökündən dəyişib. Rusiyanın Gümrüdə hərbi bazası var, lakin bu bazanın əsas məqsədi Ermənistanın dost olmayan qonşulardan – Türkiyə və Azərbaycandan təhlükəsizliyini fiziki olaraq təmin etməkdir.
Rusiyanın Qafqaz bölgəsindəki təhlükəsizliyinin sərhədləri Rusiya Federasiyasının özünün cənub sərhədləri və faktiki hərbi protektoratlarının – Abxaziya və Cənubi Osetiyanın hüdudları boyunca uzanır. Ermənistandakı Rusiyanın 102-ci bazası cənuba çox meyllidir, ona giriş yalnız Rusiyaya dostluğu tamamilə olmayan (Gürcüstan) və ya şərti (Azərbaycan, Türkiyə, İran) olan dövlətlərin əraziləri və ya hava məkanları vasitəsilə mümkündür.
Əlbəttə, Rusiya Federasiyasının Ermənistandakı hərbi-siyasi mövcudluğu bölgədəki vəziyyəti sabitləşdirərək, Rusiyaya müəyyən fayda gətirməyə qadirdir. Ermənistan üçün bu mövcudluq dövlətin xarici sərhədlərinin təminatıdır.
Üstəlik, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı üçün arxa bazaya çevrilib. Bölgədəki eyni Rusiya hərbi sülhməramlılığı, Moskvanın son zamanlarda gördüyümüz kimi, bütün Yaxın Şərqdən Qafqaza terrorçuları cəlb edə bilən və hətta birbaşa döyüşə aparan təhlükəli, söndürülməmiş münaqişə ocağını idarə etməsinə imkan verir. Bu münaqişə ocağı isə Rusiya ilə Türkiyə arasında birbaşa qarşıdurma yarada bilər.
Müəyyən şərtlər daxilində Ermənistandakı mövqe Rusiyaya Yaxın Şərq bölgəsində antiterror əməliyyatları üçün əsas ola bilər. Beləliklə, Rusiyanın Ermənistanda və Dağlıq Qarabağda, yəni Azərbaycan ərazisində hərbi mövcudluğu Rusiya Federasiyasının Qafqaz istiqamətində təhlükəsizliyi üçün vacibdir.
İqtisadi cəhətdən Ermənistan kiçik bir ərazidir. Rusiyanın ticarət tərəfdaşları siyahısında 50-cilərin ortalarında yerləşir. Ermənistan isə kifayət qədər intellektual mənbələrə malikdir və diaspora sayəsində Qərb və Yaxın Şərqdəki tərəfdaşları ilə geniş əlaqələrə malikdir.
Erməni biznesi, sözün geniş mənasında, rus biznesi üçün bir sıra sahələrdə – informasiya texnologiyalarından bankçılığa qədər maraqlı tərəfdaş ola, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya təzyiqi kontekstində bu əməkdaşlıq müəyyən maraq doğura bilər.
Nəhayət (bu, ən vavib deyil), humanitar baxımdan, Rusiya və Ermənistan bir-biri ilə sıx bağlıdır. Müxtəlif mənbələrə görə, Rusiyada 1,2 milyondan 2 milyona qədər erməni yaşayır. Tarixən, Pravoslav Rusiya erməni xristianlarının müdafiəçisi olub və Ermənistandan olan bir çox insan - dövlət xadimləri, hərbi liderlər, elm adamları, musiqiçilər, sənətçilər - Rusiya dövlətinin tarixində görkəmli rol oynayıb, böyük Rusiyanın əsl vətənpərvərləri olublar.
Bugünkü Rusiyada, 2020-ci il hadisələrinin göstərdiyi kimi, xarici siyasətə qəti şəkildə təsir göstərə biləcək başqa etnik lobbilər olmadığı kimi, "erməni partiyası" da yoxdur. Bu, birmənalı olaraq, gələcəkdə də belə qalmalıdır, ancaq Rusiya hökuməti əhəmiyyətli bir qrup həmvətəninin hisslərini gözardına vura bilməz və bunu etməməlidir.
Bu qısa siyahı, mühüm yox, əhəmiyyətli dərəcədə Ermənistanın Rusiya üçün vacib olması barədə tezisini sərgiləmək üçün kifayətdir. Moskvanın xarici siyasəti, əlbəttə, duyğulara və tarixi xatirələrə deyil, dövlətin təməl dəyərlərinə və spesifik milli maraqlara əsaslanır. Taktiki səviyyədə praqmatik, bir çox ölkə arasında strateji balansı qorumağı hədəfləyir.
Cənubi Qafqaz məsələsində, qorunması və inkişaf etdirilməsi lazım olan Ermənistanla sıx əlaqələrin yanında, qonşu Azərbaycan və regional güc olan Türkiyə ilə münasibətlər Rusiya üçün vacibdir. Bu münasibətlər Ermənistanla münasibətlərdən keyfiyyətcə fərqli olsa da, açıq-aşkar heç də az əhəmiyyət kəsb etmir.
Konstruktiv müdaxilə etməmə
Moskva, şübhəsiz ki, taleyini və siyasi seçimini erməni xalqı – və yalnız o –tərəfindən müəyyənləşdirilən Ermənistan dövlətinin suverenliyinə hörmətlə yanaşmalıdır. Diktatın, tərəfdaşlara və müttəfiqlərə öz iradəsinin kobud şəkildə tətbiq edilməsinin rədd edilməsi Rusiyanın postsovet siyasətinin bir prinsipi olaraq möhkəm bir şəkildə qurulub.
Eyni zamanda, yaxın qonşuların ərazisində baş verən proseslərdən tamamilə uzaqlaşmaq səhvdir. Son otuz illik təcrübə göstərir ki, effektiv siyasət yalnız hakimiyyətdə olan və ya Moskva ilə xüsusi əlaqələri olanlarla deyil, müttəfiq ölkələrdəki bütün əhəmiyyətli siyasi və ictimai qüvvələrlə daim təmasda olmağı tələb edir.
Sərhədləri xaricində Rusiya konkret qüvvələri və ya şəxsləri deyil, öz maraqlarını dəstəkləməlidir. Ən çox Moskvanı razı salmaq istəyənlər və ya maddi maraqları ən çox Rusiya ilə əlaqəli olanlar heç də həmişə Rusiya Federasiyası üçün ən təsirli tərəfdaşlar deyil. Özünə ən perspektivli tərəfdaşları qeyd etmək üçün qonşu ölkələrdəki siyasi elitaların və əks-elitaların hərəkətlərini yaxından izləmək lazımdır.
Rusiyanın KTMT və Aİİ ölkələrindəki səfirlikləri təmasları maksimum dərəcədə genişləndirərək öz səlahiyyətlərini artıra və Moskvanın müvafiq xarici siyasət qərarlarının hazırlanmasında daha fəal iştirak edə bilərlər. Rusiyanın Minsk və Nur-Sultandakı, Bişkekdəki və Düşənbədəki səfirliklərinin, eyni zamanda, İrəvandakı əhəmiyyəti əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu keçmiş respublika mərkəzləri Moskva üçün yeni şərtlərdə bir çox Avropa paytaxtından daha vacib oldu.
Qarabağ müharibəsi və Ermənistandakı daxili siyasi böhranın nəticələrindən sonra yaranan vəziyyət Rusiya-Ermənistan münasibətlərinin yenidən başlamasını tələb edir. Belə bir “sıfırlama” üçün Moskvanın Yerevanda etibarlı bir ortağa ehtiyacı var. Etibarlı olmaq hər şeydə çevik demək deyil: bunlar ölkəni tutmayacaq və yalnız Rusiyanın maraqlarına zərər verəcəkdir. Yalnız möhkəm və sabit bir şeyə etibar edə bilərsiniz.
Nə Paşinyan, nə də Köçəryan-Sarkisyan, müxtəlif səbəblərə görə, xoşbəxtlikdən və ya təəssüf ki, bu cür tərəfdaş ola bilər. Ermənistanda parçalanmış, yorğun, məyus cəmiyyəti birləşdirə bilən və eyni zamanda Moskvanın ciddi ortağı və strateji müttəfiqi ola biləcək fərqli bir qüvvə yarana bilərmi? İndiyə qədər bu güc görünmür, ancaq israrla axtarılmalı və bir dəfə tapılmalı, lazım olarsa, ona kömək edilməlidir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib)
Bu gün, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Bu gün, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir