12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Avropa Birliyi Türkiyəyə sanksiya qərarından imtina edib
Tarix: 19-03-2021 12:49 | Bölmə: Slayd
Avropa Birliyi Türkiyəyə sanksiya qərarından imtina edib

Avropa Birliyi (AB) Türkiyəyə qarşı sanksiyalar planını təxirə salıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Royter” Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Avropa Birliyi Türkiyə Petrol Birliyi Anonim Tərəfdaşlıq (TPAO) rəhbərlərinə sanksiyanı nəzərdə tutan plan üzərində işləyirdi.

Ancaq agentlik qeyd edir ki, Avropa Birliyi diplomatı “Türk rəsmilərinin sanksiya siyahısına salınması istiqamətində fəaliyyət dayandırılıb. Artıq iqtisadi sanksiyalar haqqında danışmırıq”,- ifadəsini işlədib.

Digər bir avropalı diplomat isə deyib ki, məhdudlaşdırıcı tədbirlər siyahısının hazırlanmasına başlanmayıb. Əksinə, Avropa Birliyi rəsmiləri problemin həlli üçün diplomatik trafikə önəm verəcəklər.

Başqa bir məlumata görə Avropa Birliyi və ABŞ diplomatları arasında görüş olub. ABŞ administrasiyası Brüsselə NATO üzvü və Avropa Birliyinə namizəd ölkə olan Türkiyənin danışıqlar apardığı bir zamanda ona qarşı sanksiya tətbiq edilməməsinə çağırışlar edib.

Qeyd edək ki, 2020-ci ilin 10 dekabrında Avropa Birliyinin zirvə toplantısındakı qərara görə, Türkiyə Şərqi Aralıq dənizində “səlahiyyətsiz olduğu sularda” axtarış apardığı üçün məhdudlaşdırıcı tədbirlər qərarının təməlinə uyğun olaraq TPAO rəhbərlərinin adı sanksiya siyahısına əlavə olunsun.

CNN kanalının ABŞ təmsilçisi Sena Alkan canlı yayıma çıxaraq Avropa Birliyinin sanksiyadan imtinasını başqa formada təqdim edib:

“Avropa Birliyi Türkiyənin TPAO-dakı yüksək nümayəndlərinə istiqamətli sanksiya qərarını dondurub. Bu hadisə Ankaranın bu ilin başında həyata keçirdiyi diplomatik cəhdlərin meyvəsi sayıla bilər”.

ABŞ diplomatlarına əsaslanan başqa bir xəbərə görə, Prezident Bayden Ankaranın buna qarşılıq verəcəyinə açıq göründüyü səbəbindən Brüsselə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməməsini tələb edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər