12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Qərb-Rusiya qarşıdurmasının əsas döyüşü Ukraynada olacaq - Politoloq
Tarix: 20-03-2021 12:37 | Bölmə: Slayd
Qərb-Rusiya qarşıdurmasının əsas döyüşü Ukraynada olacaq

“Ukrayna 1991-ci ildə ABŞ tərəfindən irəli sürülmüş “Dinc, demokratik, bölünməz Avropa” Konsepsiyasının əsas ölkələrindən hesab olunur. Yəni Ukrayna varsa, yeni Avropanın təhlükəsizlik sistemi var, yoxdursa, deməli, bu sistem də mövcud deyil. Ukrayna bu dərəcədə hərbi-strateji əhəmiyyətə malikdir”.

Bu fikirləri Reyting.az-a təhlükəsizlik məsələləri üzrə mütəxəssis, politoloq Sülhəddin Əkbər Donbasda Rusiya ilə Ukrayna arasında ehtimal olunan hərbi əməliyyatlardan danışarkən deyib.


S. Əkbər

Mütəxəssis iddia edir ki, Qərb-Rusiya qarşıdurmasının əsas döyüşü Ukraynada olacaq: “İndi həm Rusiyada, həm də Ukraynada buna hazırlıq gedir. Ancaq bunun nə ilə bitəcəyini indidən söyləmək çətindir. Çünki hər iki tərəf anlayır ki, müharibə başlasa, iri miqyaslı və qanlı toqquşmalar olacaq. Hətta döyüşlər bir neçə gün davam etsə belə, çoxsaylı itkilər və dağıntılar ola bilər. Ona görə də hər iki tərəf buna çox ciddi hazırlaşır, eyni zamanda böyük toqquşmalardan çəkinirlər”.

S. Əkbər hesab edir ki, Ukraynada lokal toqquşmalar daha çox ehtimal olunur və daha realdır: “Ancaq iş ondadır ki, müharibəni başlamaq asan olsa da, dayandırmaq çox çətindir. Lokal toqquşmalar başlasa belə, bunu nəzarət altında saxlamağın mümkün olub-olmayacağını demək çətindir. Çünki tərəflərin niyyətləri bəllidir. Məsələn, ABŞ və NATO-nun istəyi Rusiyanın təkcə Ukraynadan çıxarılması deyil, Rusiyada rejimin dəyişməsidir. Odur ki, bu savaş başlayacaqsa, deməli, strateji və geopolitik əhəmiyyətli savaş olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər