12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Avropa Birliyinin Türkiyə ilə bağlı hesabatı üzə çıxıb
Tarix: 23-03-2021 16:20 | Bölmə: Slayd
Avropa Birliyinin Türkiyə ilə bağlı hesabatı üzə çıxıb

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Jozef Borrelin 16 səhifəlik Türkiyə hesabatı ortaya çıxıb. Hesabatda AB-Türkiyə arasında siyasi, iqtisadi və ticarət əlaqələrindən bəhs edilib.

Reyting.az
xəbər verir ki, dünən Brüsseldə keçirilən AB xarici işlər nazirlərinin zirvə görüşündə müzakirə edilən hesabatda ikili yanaşma özünü ifadə edir.

Türkiyənin dekabr ayından bu yana daha sakit və konstruktiv münasibət sərgilədiyi qeyd edilən hesabatda “bunlar əhəmiyyətli və məmnuniyyətlə qarşılanan irəliyə doğru addımlardır. COVID-19 pandemiyası əməkdaşlığa əsaslanan qarşılıqlı əlaqələri daha da inkişaf etdirdi” ifadələrinə yer verilir. Bununla yanaşı, hesabatda gərginliyin aradan qaldırılması prosesinin hələ də kövrək olduğu, prosesin davamlı və etibarlı olduğunu görmək üçün daha çox vaxta ehtiyac duyulduğu bildirilib.

Borrelin hesabatında Türkiyə ilə bağlı pozitiv yanaşmalar aşağıdakı formada təsnifatlaşdırılır:

- 18 martda əldə olunan qaçqınlarla bağlı razılaşmanın, xüsusilə miqrasiya idarəçiliyi sahəsində effektiv tətbiqi. Bu çərçivədə Türkiyə yenidən Yunanıstan adalarından qaçqın qəbuluna başlamalıdır. AB Türkiyədən suriyalı qaçqınların qəbul edilməsini sürətləndirməlidir.

- İqtisadi əlaqələrin möhkəmləndirilməsi hər iki tərəf üçün faydalıdır. Gömrük ittifaqının gücləndirilməsi bunun əsas sütunu ola bilər.

- Daha əvvəl dayandırılan yüksək səviyyəli dialoq yenidən başlamalıdır.

- Viza azadlığı üçün qalan meyarlarla əlaqədar AB Komissiyası Türkiyəyə tövsiyələr verməyə hazırdır.

- Avropa Komissiyası Türkiyədəki qaçqınlarla bağlı yeni maliyyə dəstəyi variantları.

Hesabatda eyni zamanda Türkiyə ilə əlaqədar neqativ hallara, xüsusilə Ankaranın gərginliyi artıran addımlarına da yer verilib.

- Qazma işləri ilə əlaqədar sanksiyalar siyahısı genişləndirilə, məhdudiyyətlər hüquqi şəxslər üçün də tətbiq oluna bilər.

- AB-Türkiyə iqtisadi əməkdaşlıqda daha çox məhdudiyyətlərə gedə bilər.

- Mühüm iqtisadi sahələr tədbirlərin hədəfi ola, enerji və əlaqəli sektorlarla bağlı əlavə tədbirlər tətbiq oluna bilər.

- Digər tərəfdən, bölgədə regional və beynəlxalq məsələlərdə Türkiyənin münasibəti və ölkədə insan haqları ilə hüquq dövləti çərçivəsində yaşananlar.

Jozef Borreli bu istiqamətlərdə mənfi qiymətləndirmələrini qeyd edib.

Yeri gəlmişkən, AB təmsilçisi Borrelli dünən keçirdiyi mətbut konfransında bəyan edib ki, namizəd ölkə, qonşu, əhəmiyyətli ölkə olaraq üzv dövlətlərin maraqlarını və AB dəyərlərini qoruyan Türkiyə ilə ən gözəl əlaqələrə sahib olmaq istəyirlər.

AB xarici işlər nazirlərinin hazırladığı Türkiyə hesabatını real və obyektiv sayan Borrelli bildirib ki, Türkiyənin davranışlarını izləməkdə davam edəcəklər. Onun sözlərindən belə çıxıb ki, Türkiyə ilə bağlı izlənəcək əsas istiqamətlər Kipr müzakirələri, türk-yunan görüşləri, Liviyadakı durum və Türkiyə daxilində siyasi proseslər bağlı olacaq.

AB-nin yüksək təmsilçisi deyib ki, Ankaranın İstanbul razılaşmasından çıxması və siyasi partiya qapatmaqla bağlı məhkəmə işi kimi hallar yaşanır.

Jozef Borrelli toplantıdan sonra NATO xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə səfər edən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bir araya gəlib.

Sözügedən hesabatın AB liderlərinə təqdim ediləcəyi də gözlənilir.




Bölməyə aid digər xəbərlər