12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Konqresmenlər Baydendən tələb edir: İrana qarşı ciddi addımlar atın!
Tarix: 26-03-2021 09:48 | Bölmə: Slayd
Konqresmenlər Baydendən tələb edir: İrana qarşı ciddi addımlar atın!

ABŞ-ın 43 konqresmeni prezident Baydenə göndərdikləri məktubda İrana qarşı sanksiyalar tətbiqini tələb edirlər.

Reyting.az
xəbər verir ki, demokrat Bob Menendez və respublikaçı Jim Riş ilə Lindsey Qrahmanın müəllifi olduğu və Ağ Evə göndərilən məktubda İranın 2015-ci ildə əldə olunan nüvə anlaşmasıdan çox uzaq olduğu, uranın zənginləşdirilməsi 20 faizə çatdığı xatırladılıb.

Konqresmenlər qeyd ediblər ki, İran yalnız nüvə silahına malik olmaq yolunda addımlar atmır, eyni zamanda Yaxın Şərqdə dəstəklədiyi şiə milisləri vasitəsilə ABŞ-ın maraqlarını təhdid edir.

Bu səbəbdən də 43 konqresmen dərhal bu istiqamətdə nəticəli addımlar atılmasının vacibliyini bildirirlər.

“BMT Təhlükəsizlik Şurasında və bölgədəki müttəfiqlərimizlə koordinasiyalı şəkildə İranın nüvə silahına sahib olmasını əngəlləyəcək bir anlaşma əldə edilməsi üçün diplomatik və iqtisadi əlaqələrimizdən tam şəkildə istifadə edilməsinin vacibliyinə inanırıq”,- məktubda deyilir.

ABŞ-ın Avropadakı müttəfiqləri, habelə İsrail və körfəzdəki dostları ilə bu istiqamətdə koordinasiya həyata keçirilməsinin mənfəətli olduğu qeyd edilən məktubda Konqresdəki hər iki partiyanın bəzi məsələlərə fərqli yanaşmaları olduğu halda İran məsələsində eyni mövqedə çıxış etdikləri də xatırladılıb.

Qeyd edək ki, 20 yanvarda hakimiyyətə gələn Bayden hökuməti yenidən nüvə razılaşması əldə etmək niyyətində olduğunu açıqlayıb. İran da tərəflərin 2015-ci ildə əldə ediyi nüvə razılaşmasına dönməyi istəyir. Üstəlik, rəsmi Tehran ona qarşı tətbiq olunan sanksiyaların qaldırılmasını tələb edir.




Bölməyə aid digər xəbərlər