12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Türkiyəyə qarşı təxribat: havadan, dənizdən və qurudan... - Fotolar
Tarix: 26-03-2021 17:18 | Bölmə: Slayd
Türkiyəyə qarşı təxribat: havadan, dənizdən və qurudan...

Yunanıstanın azadlığı günü havadan, qurudan və dənizdən Türkiyəyə qarşı təxribatlar törədilib. Yunanıstan qırıcıları Türkiyə sərhədi ilə alçaq məsafədən uçub, hərbi gəmiləri qıcıq doğuracaq hərəkətlər ediblər.

Reyting.az
xatırladır ki, Yunanıstan azadlığını - Osmanlı imperiyasına qarşı mübarizəsinin 200 illiyini qeyd edib. Yunanlar üçün əlamətdar olan bu gün Antalyanın qarşısındakı Meis adasında yunan ordusunun Türkiyəyə qarşı təxribat əməlləri ilə müşahidə olunub.

Paytaxt Afinada düzənlənən rəsmi tədbirdə Birləşmiş Krallığın şahzadəsi Çarles, Rusiya Baş naziri Mişustin, Fransa Müdafiə naziri Parly də iştirak ediblər. Mərasimin keçirildiyi Sintaqma meydanında ABŞ və Fransa qırıcıları uçuşlar həyata keçiriblər.



Yunanıstanı onlayn formatda təbrik edən ABŞ prezidenti Byden isə Yunanıstanın Baş naziri Miçotakisə zəng vurub. Yunan mediası bildirir ki, telefon müzakirəsi 30 dəqiqə çəkib və müsbət atmosferdə keçib. Şərqi Aralıq dənizi böhranında Afinanı dəstəkləyən Bayden təbriklərini çatdırmaqla yanaşı Baş nazir Miçotakisini Vaşinqtona dəvət edib.

Meis adasında isə yunan qırıcıları alçaqdan uçuşlar həyata keçirib. Sosial şəbəkələrdə iki ədəd “F-16” qırıcısının Meis üzərindən keçdiyini göstərən video-görüntü paylaşılıb. Həmçinin Meis adasındakı təpələrin birində əsgər yunan bayrağı ilə qırıcıları salamlayıb.

Sosial mediada yer alan başqa bir fotoda isə Meis adası ətrafında dövrə vuran yunan hərbi gəmiləri Osmanlıya qarşı 1821-ci ildə qaldırılan üsyanın bayrağını daşıyıb.



“F-16” qırıcılarının Krit adasındakı Suda bazasından havaya qalxdığını qeyd edən yunan mediası Meisdəki alçaq uçuşlarla Türkiyəyə cavab verildiyini iddia edib.

Məlumat üçün qeyd edək ki, Yunanıstanın nə quru, nə dəniz, nə də hava qüvvələri Türkiyə Silahlı Qüvvələri ilə nəinki baş-başa gəlmək imkanına sahibdir, hətta bu qüvvələr arasında müqayisə aparmaq üçün əsas yoxdur.





Bölməyə aid digər xəbərlər