12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
24 dövlət və ÜST pandemiya ilə bağlı birgə müraciət yayıb
Tarix: 30-03-2021 12:18 | Bölmə: Slayd
24 dövlət və ÜST pandemiya ilə bağlı birgə müraciət yayıb

24 dövlət və hökumət başçısı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Gebreysusla birlikdə COVİD-19 pandemiyası və digər ola biləcək epidemiyalara qarşı iş birliyinə dair müraciət yayıb.

Reyting.az
-ın məlumatına görə, məktubda qeyd edilib ki, COVİD-19 pandemiyasını bitirmək və gələcək nəsilləri qorumaq məqsədilə ümid beynəlxalq səhiyyə sektoruna daha güclü imkan qazandırmaqdır.

Dünyada başqa epidemiyaların gələcəyinə işarə vurulan məktubda heç bir hökumətin pandemiyalara qarşı təkbaşına mübarizə apara bilməyəcəyinə diqqət çəkilir.

Müraciətdə epidemiyalarla koordinasiyalı və təsirli mübarizə aparılmasının vacibliyi vurğulanmaqla yanaşı bəyan olunur ki, bu pandemiya və bundan sonrakılar üçün etimadlı, təsirli və nəticəli peyvənd və dərmanlara bərabər çıxış təmin olunmalıdır.

24 dövlət lideri xüsusilə bildirib ki, vaksinlərin ən sürətli şəkildə istehsal edilib paylaşılması vacibdir.

“Epidemiyalara qarşı hazırlıq və mübarizə mövzusunda yeni beynəlxalq razılaşma əldə etmək üçün ölkələrin birlikdə işləməsinin vacibliyinə inanırıq”,- deyilən məktubda bunun önəmli addım olacağı bildirilib: “Bu razılaşmanın təməl hədəfi gələcəkdə pandemiyalar qarşısında milli, regional, qlobal çərçivədə dayanıqlığı gücləndirən yanaşma olacaq”.

Məktubda bunun üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanır. Xüsusilə qeyd edilir ki, COVİD-19 qlobal toplumun 1940-cı ildən bu yana qarşılaşdığı ən böyük sualdır.

Qeyd edək ki, sözügedən məktubu Fransanın “Le Monde” qəzeti yayımlayıb.

Məktuba Fransa, Portuqaliya, İngiltərə, Almaniya, Ruanda, Yunanıstan, Çili, Kenya, Cənubi Afrika, Hollandiya, Tunis, Seneqal, Ukrayna, İndoneziya, Rumıniya, Avropa Birliyi, Cənubi Koreya, Kostarika, İspaniya, Norveç, Serbiya və digər dövlətlərin rəhbərləri və hökumət başçıları imzalayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər