10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

İlham Əliyev Moskvada Vladimir Putinlə görüşüb - Foto (Yenilənib)
Tarix: 25-05-2023 22:30 | Bölmə: Gündəm

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
Reyting.az xəbər verir ki, görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu. Hörmətli həmkarlar.
İlk növbədə, Sizi bir daha salamlamaq və Azərbaycan prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir.
İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq.
Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu.
Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.
x x x
Azərbaycan prezidenti İlham Əliyev deyib:
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirirəm.
Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmışıq, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik.
Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Siz qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir.
Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.
Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq.
İkitərəfli gündəliyə gəlincə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən keçirəcəyik. Dəvətə görə bir daha sağ olun.
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
Dünən, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar
12-10-2025, 10:19
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
11-10-2025, 18:04
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
10-10-2025, 15:43
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
10-10-2025, 14:16
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
10-10-2025, 12:31
İlham Əliyev "Millət" sarayında çıxış edib - (Yenilənib) - Fotolar