Məhkəmə Xalq artistinin müğənniyə qarşı iddiası ilə bağlı qərar verib
Tarix: 14-08-2024 17:47 | Bölmə: Şou-biznes
Məhkəmə Xalq artistinin müğənniyə qarşı iddiası ilə bağlı qərar verib

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə qanunvericiliyə əsasən, verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam verib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.





Bölməyə aid digər xəbərlər
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər