10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Marsda həyat izləri aşkar ediblər
Tarix: 11-09-2025 09:46 | Bölmə: Slayd
Marsda həyat izləri aşkar ediblər

Marsda çox qədim həyat formalarının mümkün izlərini aşkar ediblər. ABŞ Kosmik Agentliyinin (NASA) məlumatında deyilir ki, "Perseverance" marsgəzəri tərəfindən toplanmış nümunələrin əksəriyyətində bu cür əlamətlərə rast gəlinib.

Reyting.az
-ın məlumatına görə, NASA-nın elmi proqramlarının rəhbəri Nikki Foks bildirib ki, bu kəşf agentliyin məqsədyönlü planlaşdırma və həyata keçirdiyi missiyanın nəticəsidir.

Onun sözlərinə görə, Marsda potensial həyat izlərinin aşkarlanması NASA-nın elmi ictimaiyyətə təqdim etdiyi mühüm məlumatdır. İndi əsas vəzifə əldə olunan bu nəticələrin bioloji xarakter daşıyıb-daşımadığını tam dəqiq təsdiqləmək və yaxud da tamamilə təkzib etməkdir.

Qeyd olunur ki, marsgəzər Mars planeti səthində "leopard naxışını" xatırladan bir çox ləkələrlə zəngin torpaq aşkarlayıb. Bu ləkələrdə dəmir tərkibli iki mineral - viyanit adlanan hidratlaşdırılmış dəmir fosfat və qreyqit, yəni dəmir sulfid qeydə alınıb.

Mütəxəssislər bildiriblər ki, daha maraqlı məqam viyanitlə bağlıdır, çünki viyanitə Yer kürəsində əsasən çöküntülərdə, torf bataqlıqlarında və orqanik maddələrin parçalandığı ərazilərdə rast gəlinir. Eyni zamanda, oxşar bir şəkildə, Yer üzündə bəzi mikroorqanizmlər də qreyqit əmələ gətirə bilir.

NASA tədqiqatçılarının sözlərinə görə, çoxları üçün bu nəzəriyyə fantastika kimi görünsə də, elmi ehtimalların arxasında çox tutarlı dəlillər əldə etmək mümkündür.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər