Tanınmış aktyor gizli şəkildə evlənib - Fotolar
Tarix: 21-02-2022 15:25 | Bölmə: Şou-biznes
Tanınmış aktyor gizli şəkildə evlənib

Tanınmış aktyor Zaur Şəfiyev gizli şəkildə evlənib.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, sənətçi ötən ilin qışında ailə qurub. 41 yaşlı aktyor həmkarı, aktrisa Dəniz Tacəddinlə evlənib. Cütlüyün nikahı ailə arasında olub. Onlar evləndiklərini gizləməyi üstün tutublar.

Dəniz sosial media hesabında ötən ilin 10 fevralında nikah şəhadətnaməsinin fotosunu paylaşsa da, “kiminlə evləndiniz” suallarını cavabsız qoyub.



Cütlük sosial mediada birlikdə paylaşım da etməyib. Zaur Şəfiyev isə sosial şəbəkə hesablarını bağlayıb.

Qeyd edək ki, bu, Zaur Şəfiyevin ikinci evliliyidir. O, 2009-cu ildə keçmiş ANS TV-nin aparıcısı Nigar Mahmudova ilə ailə qurub, cütlük 2012-ci ildə boşanıb.

Onu da bildirək ki, Dəniz Tacəddin də televiziyada çalışır. 27 yaşlı aktrisa “İTV səhər” proqramının aparıcısıdır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}