13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
Yüksək temperatura dözümlü metal ixtira ediblər
Tarix: 21-10-2025 18:51 | Bölmə: İqtisadiyyat
Yüksək temperatura dözümlü metal ixtira ediblər

Alimlər yeni metal ixtira ediblər. Bu metal son dərəcə yüksək temperaturlara davam gətirə bilir. Yeni metal aviasiya mühərrikləri, qaz turbinləri və rentgen avadanlıqları kimi texnologiyalar üçün mühüm əhəmiyyət daşıyır.

Reyting.az
"SciTechDaily" nəşrinə istinadla bildirir ki, volfram, molibden və xrom kimi metallar 2000°C-dən yuxarı temperaturda ərisə də, otaq temperaturunda kövrəklikdən və havadakı tez oksidləşmə səbəbindən tez sıradan çıxırlar.

Bu problemi aradan qaldırmaq məqsədilə mühəndislər indiyə qədər əsasən nikel əsaslı superərintilərdən istifadə edirdilər. Lakin nikel materialları da dözümlü deyil, çünki işləmə temperaturları 1100°C-dən yuxarı qalxmır, bu isə çətinlik yaradır və turbinlərin səmərəliliyini artırmağa mane olur.

Yeni yaradılan ərinti isə 2000°C-yə qədər ərimə temperaturuna malikdir, həmçinin otaq temperaturunda elastikdir, həm də yüksək temperaturda çox yavaş şəkildə oksidləşir.

Sınaqların hansı ölkədə keçirildiyi, eləcə də proseslərdə hansı ölkələrdən olan elm adamlarının iştirak etdiyi barədə hələlik məlumat verilməyib. Lakin ekspertlər və mühəndislər bildiriblər ki, hazırlanan bu yeni "superərinti" metal öz xüsusiyyətləri ilə mövcud yüksəktemperaturlu metalları əvəz edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər