Rusiyanın “Avroviziya-2022”dən kənarlaşdırılmasını istəyirlər
Tarix: 25-02-2022 11:33 | Bölmə: Şou-biznes
Rusiyanın “Avroviziya-2022”dən kənarlaşdırılmasını istəyirlər

Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə (AYB) məktub göndərib.

Reyting.az
xəbər verir ki, Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin saytında dərc olunan məktubda Rusiya KİV-in, xüsusilə də “Birinci kanal”ın və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VQTRK) Avropa Yayım Birliyindəki üzvlüyünə xitam verilməsi barədə tələb yer alır.

Ukrayna həmçinin birlikdən Rusiyanın “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində iştirakına qadağan qoymasını xahiş edir. Çünki Rusiya müsabiqə nizamnaməsinin müəyyən bəndlərini, AYB-nin dəyərlərini pozur və onun iştirakı müsabiqə ideyasına xələl gətirir.

Məktubun tam mətni ilə buradan tanış ola bilərsiniz: My Webpage

Bununla yanaşı, İsveç də AYB-ni sözügedən yarışda Rusiyanın iştirakı məsələsinə yenidən baxmağa çağırıb. Bu barədə İsveç Milli İctimai Yayım Şirkətinin baş direktoru Hanna Stiarne birliyə müraciət ünvanlayıb.

Qeyd edək ki, “Avroviziya-2022” bu il İtaliyanın Turin şəhərində keçiriləcək. Ukraynanı müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın təmsilçisi isə hələlik açıqlanmayıb.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər