14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya “Avroviziya-2022” müsabiqəsinə buraxılmayacaq
Tarix: 25-02-2022 23:21 | Bölmə: Şou-biznes
Rusiya “Avroviziya-2022” müsabiqəsinə buraxılmayacaq

Rusiya “Avroviziya-2022” Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etməyək.

Reyting.az
xəbər verir ki, Rusiyanın “Avroviziya-2022”dən kənarlaşdırılması ilə bağlı qərarı Avropa Yayım Birliyinin İcraiyyə Şurası müsabiqənin rəhbər orqanının tövsiyəsi əsasında qəbul edib.

Bildirilir ki, Rusiyanın yarışmada iştirakı müsabiqənin nüfuzuna xələl gətirər.

Xatırladaq ki, Ukrayna İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə müraciət edərək, Rusiya KİV-nin, xüsusilə də “Birinci kanal”ın və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyindəki üzvlüyünə xitam verilməsini, Rusiyanın “Avroviziya-2022”də iştirakına qadağa qoyulmasını xahiş etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}