“Avroviziya” qalibi Ukraynadan qaçqın düşüb - Video
Tarix: 28-02-2022 11:09 | Bölmə: Şou-biznes
“Avroviziya” qalibi Ukraynadan qaçqın düşüb

“Avroviziya-2016” mahnı müsabiqəsində qalib olan Jamala qaçqın kimi Ukraynadan Rumıniyaya gedib.

Reyting.az
-ın məlumatına görə, bu barədə məşhur müğənni “İnstaqram” hesabında yazıb. Sənətçi qeyd edib ki, iki övladı ilə birgə Rusiya tərəfindən hücuma məruz qalan Kiyevi tərk etməyə məcbur olub.

O, artıq sərhəd-keçid məntəqəsində olduğunu, həyat yoldaşının isə Ukraynada qaldığını bildirib.



Qeyd edək ki, Jamala “1944” mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən “Avroviziya-2016”-da təmsil edib və finalda 534 xal toplayaraq qələbə qazanıb. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Jamalanın özü tərəfindən 2014-cü ildə yazılıb.



Rus şərhçilər isə mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildiriblər.



Lakin mahnıda hansısa birbaşa siyasi ismarıc olmaması səbəbindən mahnının “Avroviziya”nın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənib. Jamala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirib və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulayıb.(Olay)






Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər