Şou-biznesdə qaraşıdurma: Xalq artisti müğənnini həbs etdirmək istəyir
Tarix: 03-03-2022 16:59 | Bölmə: Şou-biznes
Şou-biznesdə qaraşıdurma: Xalq artisti müğənnini həbs etdirmək istəyir

Xalq artisti Miri Yusifin müğənni Sevinc Musayevaya qarşı qaldırığı iddia üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Reyting.az
-ın məlumatına görə, Miri Yusif iddia edir ki, Sevinc Musayeva sosial şəbəkələrdə onu təhqir edib və barəsində böhtan xarakterli məlumatlar yayıb.

“Olay” xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Sevinc Musayeva Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanınıb. Hakim məhkəmə baxışını 7 mart 2022-ci il tarixə təyin edib.

Qeyd edək ki, S. Musayeva sosial media hesabında Miri Yusifə tənqid və təhqirlərin yer aldığı ifadələr yazmışdı. O, “Youtube” kanalında da video paylaşaraq daha uzun bir açıqlama vermişdi. S. Musayeva hazırda həmin görüntüləri kanalından silib.

Onu da bildirək ki, 147.1-ci maddə ilə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

148-ci maddənin cəzası isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmədir.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər