Müğənni Afət Fərmanqızı məhkəməyə verilib
Tarix: 09-03-2022 23:34 | Bölmə: Şou-biznes
Müğənni Afət Fərmanqızı məhkəməyə verilib

Müğənni Afət Fərmanqızı (Həsənova) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Reyting.az
xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunur.

Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.

Xatırladaq ki, müğənni Afət Fərmanqızı Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. O, ötən həftə bu iş üzrə məhkəmədə ifadə verib.

Onu da qeyd edək ki, A. Fərmanqızının məhkəməyə verilməsi barədə məlumatı APA yaysa da, şikayət edən şəxsin adı açıqlanmır.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər