Məşhur müğənnilər mayda Bakıya gələcək - Fotolar
Tarix: 01-04-2022 12:41 | Bölmə: Şou-biznes
Məşhur müğənnilər mayda Bakıya gələcək

Builki may Bakıda konsertlər ayı olacaq.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, yazın son ayında Bakıda səhnəyə ən çox türkiyəli məşhurlar çıxacaq.

May 1-də Türkiyənin məşhur rok qrupu “Duman” Bakı Konqres Mərkəzində konsert verəcək. Biletlər 15-190 manat arasında dəyişir.



Əvvəlcə təkcə mayın 7-si üçün planlaşdırılan Edis konserti isə iki gün davam edəcək. İlk günün biletləri üç gün ərzində tükəndiyinə görə təşkilatçılar ikinci günü də əlavə edib. 8 may üçün biletlərin qiyməti 55 manatdan başlayır.



13 mayda “Felfena” mahnısı ilə məşhurlaşan Emin Can İğrek konserti var. O da Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Konsertin biletləri 30-200 manat arası dəyişsə də, çox az sayda bilet satılıb.

14 mayda isə məşhur musiqiçi Fazıl Say Heydər Əliyev sarayında səhnəyə çıxacaq. Onun konsert biletləri 50-200 manat arası dəyişir.



21 mayda iki müğənni - Gökhan TürkmenEmre Aydın konserti ayrı-ayrı məkanlarda keçiriləcək.



Heydər Əliyev sarayında səhnəyə çıxacaq Gökhan Türkmenin konsertinə bilet qiymətləri 50 manatdan 220 manata kimidir.

Emre Aydın isə “Elektra Events Hall”da səhnə alacaq. Onun konsertinə getmək üçün ən az 40, ən çox isə 150 manatınızdan keçməlisiz.



22 mayda isə Türkiyədə fəaliyyət göstərən “No Land” qrupu Heydər Əliyev sarayında konsertlə çıxış edəcək. Azərbaycanlı Kamil Hacıyevin rəhbərlik etdiyi qrupu izləmək üçün biletlərin qiyməti 50-140 manat arası dəyişir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}