"Avroviziya" təmsilçimizin İsrail səfəri təxirə salınıb
Tarix: 07-04-2022 11:08 | Bölmə: Şou-biznes
"Avroviziya" təmsilçimizin İsrail səfəri təxirə salınıb

"Avroviziya" təmsilçimiz Nadir Rüstəmlinin İsrail səfəri təxirə salınıb.

Reyting.az
-ın məlumatına görə, müğənni N. Rüstəmli bildirib ki, son dəqiqədə səfəri təxirə salınmalı olub:

"Məni "İsrail calling"də gözləyən hər kesə təəssüf hissi ilə demək istəyirəm ki, səfərim son dəqiqədə təxirə düşdü. Mən gəlib performansımı göstərə, təəssüratlarımı bölüşə, sevənlərimi qucaqlaya və dəvətdəki gözəl insanları görə bilməyəcəm. Gözəl Tel-Əvivdə deyiləm, amma sizin üçün oxuya bilərəm. Çünki bizim hamımız üçün musiqi önəmlidir. Elə deyilmi?".

Qeyd edək ki, N. Rüstəmli müsabiqədə Azərbaycanı “Fade to Back” mahnısı ilə təmsil edəcək. Müsabiqə mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir ikinci yarımfinalda dördüncü olaraq səhnəyə çıxacaq.(axsam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}