“Avroviziya 2022”ni Ukrayna uda bilər
Tarix: 07-04-2022 19:51 | Bölmə: Şou-biznes
“Avroviziya 2022”ni Ukrayna uda bilər

Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı “Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının şansları ilə bağlı məlumat dərc edib. Novator.az bildirir ki, mayda İtaliyanın Turin şəhərində keçiriləcək yarışda qələbəyə ən çox Ukraynanın “Kaluş” qrupunun şansı var: 32%.

İtaliya nümayəndələri Alessandro Mahmud və Rikkardo Fabbrikoniyə 17% şans verilir.

İsveçli Korneliya Yakobsun qələbə imkanı 14% göstərilir.

Böyük Britaniyadan Sem Rayder 5%, polşalı Kristian Oçman, Yunanıstandan Amanda Tenford və İspaniyadan Şanel Terrero 3% şansla qiymətləndirilir.

Norveçdən “Subwoolfer” qrupu, Niderlanddan Stin den Hollander, Avstraliyadan Şeldon Rayli 2% şanslı sayılır.

“Avroviziya 2022”yə 40 ölkə qatılır. Azərbaycanın təmsilçisi Nadir Rüstəmlidir.

Yarışın ilk yarımfinalı mayın 10-na, ikinci yarımfinalı mayın 12-nə, finalı mayın 14-nə təyin olunub.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}