Rəqqasə Fatimə məhkəməyə verilib
Tarix: 08-04-2022 14:06 | Bölmə: Şou-biznes
Rəqqasə Fatimə məhkəməyə verilib

Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib.

Reyting.az
xəbər verir ki, Nazilə Səfərli bu barədə "Səhər mərkəzi" proqramında deyib.

N. Səfərli F. Fətəliyevadan təzminat tələb edir:

"Ona şans verdim, gərək üzr istəyərdi. Elə də, belə də üzr istəyəcək. Üstəlik, təzminat da ödəyəcək. Yaxşı təzminat istəmişəm. Soğan yeməmisən için niyə göynəyir? Səhifə mənimdir, ürəyim istəyib monoloq yazmışam. Niyə özünə götürmüsən?".

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz.

Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla",- sözlər səbəb olub. Bundan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər