Nazilə Fatimədən 50 min manat təzminat istəyir
Tarix: 26-12-2022 15:19 | Bölmə: Şou-biznes
Nazilə Fatimədən 50 min manat təzminat istəyir

Rəqqasə Fatimə Fətəliyeva ilə şair Nazilə Səfərli arasında məhkəmə prosesi davam edir.

Məlumata görə, Nazilə Fatimədən 50 min manat təzminat istəyir. O, bir neçə ay əvvəl məhkəməyə ərizə verib, Fatimənin üzr istəməsini və şərəf-ləyaqətini təhqir etdiyi üçün təzminat ödəməsini istəyir.

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib/axsam.az.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər