09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıdan Xankəndiyə yeni heyət gedib
Tarix: 27-09-2023 12:26 | Bölmə: Xəbərlər
Bakıdan Xankəndiyə yeni heyət gedib

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.

Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-nin 53 avtomobili heyəti və zəruri avadanlıqlarla yola düşəcək.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.(APA)




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb